Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Avropada bank böhranı dərinləşir

 

Avropa Mərkəzi Bankının (ECB) avrozona iqtisadiyyatını stimullaşdırma qərarları bank sektorunda böhran yaradıb.

 

Xeberinfo.com:  "Report" xəbər verir ki, aprel ayında avrozona banklarının səhmləri tarixi minimal səviyyəyə yaxınlaşıb. Belə ki, səhmləri ən çox ucuzlaşan banklar arasında "Deutsce Bank" liderdir. Britaniyanın HSBC və "Royal Bank of Scotland" banklarının səhmləri minimal səviyyələrini təkrarlayıb. İtaliya banklarının səhmlərinin qiyməti isə fond birjasında 8%-ə yaxın azalıb. Ümumiyyətlə, avrozonanın bank sektoru böyük təzyiq altındadır. İnvestorların kütləvi şəkildə səhmləri satması fonunda spekulyatorlar prosesi daha da sürətləndirirlər.

Avrozona bank sektorunun kapitallaşmasının uzun müddətdir davam edən mənfi tendensiya göstərməsinə səbəb isə ECB-nin iqtisadi stimullaşdırma qərarları olub. Belə ki, ECB-nin tətbiq etdiyi mənfi faiz dərəcələri bank sektorunun mənfəətliliyinə ciddi zərər vurub. ECB-nin baş iqtisadçısı Piter Praetin (Peter Praet) fikrincə, mənfi faiz dərəcələrinə bank sektoru maksimum 2-3 il tab gətirə biləcək.

Qeyd edək ki, ECB-nin avrozonada tətbiq etdiyi monetar siyasət nəticəsində hazırda bölgədə depozit faizi dərəcələri -0,4%, uçot dərəcəsi 0%, marjinal borcvermə faizi isə 0,25%-dir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam