Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Tikinti şirkətinə 10 milyon manat ayrıldı

8a4af32b7522ad588d914bca06340001_XL

 

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində yaradılan “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı (sərmayəsi) 10 milyon manat müəyyən olunub.

Xeberinfo.com:  Məlumata görə, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsində qeyd edilib ki, Cəmiyyətin nizamnamə kapitalı 10.000.000 (on milyon) manatdır.
Cəmiyyətin əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə kapitalından, ona təsisçi tərəfindən verilmiş digər əmlakdan, fəaliyyət istiqamətlərinə uyğun olaraq sərəncamında olan əmlakın özgəninkiləşdirilməsindən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.
Cəmiyyətin sərəncamına verilmiş torpaq sahələri və digər əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqları Cəmiyyətə məxsusdur.
Cəmiyyət ona verilmiş əmlakdan yalnız müəyyən olunmuş məqsədlərə uyğun istifadə etməlidir.
Cəmiyyət sərəncamına verilmiş, habelə fəaliyyəti nəticəsində əldə etdiyi torpaq sahələri və digər daşınmaz əmlak üzərində Agentliyin razılığı ilə müstəqil qaydada sərəncam verə bilər.
Qeyd edək ki, “MİDA” MMC Azərbaycan Respublikasında çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədi ilə yaradılmışdır.
“Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Nazirlər Kabineti, ərazi zonalaşdırılması və ərazi planlaşdırılması baxımından yaşayış zonalarına (həyətyanı sahələri olan fərdi yaşayış və bağ evlərinin tikintisi üçün nəzərdə tutulan ərazilər istisna olmaqla) və ictimai-işgüzar zonalara aid edilən, hüquqi və fiziki şəxslərin istifadəsində və ya icarəsində olmayan dövlət mülkiyyətindəki torpaq sahələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilməsini təmin etməlidir.
Həmçinin, xüsusi və ya bələdiyyə mülkiyyətində olan və ərazi zonalaşdırılması və ərazi planlaşdırılması baxımından yaşayış zonalarına və ictimai-işgüzar zonalara aid edilən torpaq sahələrinin mülki-hüquqi müqavilə əsasında dövlət büdcəsinin vəsaiti hesabına dövlətin xeyrinə əldə edilərək “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin təklifləri əsasında müəyyənləşdirməlidir.
Mənzil İnşaatı Dövlət Agentliyi və “MİDA” MMC barədə rəsmi sənədlər ilə buradan tanış ola bilərsiniz.

“Marja”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam