Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Bizdə nə zaman ucuz kredit olub ki, indi də bahalaşa?”

 

Mərkəzi Bankin uçot stavkasını artmasından sonra kreditlərin bahalaşacağı ilə bağlı məlumatlar yayılır.

Xeberinfo.com:  Məlumata görə, bununla bağlı iqtisadçı-ekspert Vüqar Bayramov izahat verib.

O, "Maraqlıdır, bizdə nə zaman ucuz kredit olub ki, indi də bahalaşa?", – deyərək, uçot stavkası 3 faiz olarkən kredit faizlərinin 29 faizədək yüksəldiyini bildirib:

"Bu regionda ən yüksək kredit faizləridir. Axi, kredit faizləri 6-7 faiz deyildi ki, stavkanın 3 faizdən 5 faizə artırılması bankların kredit faizlərinə yenidən baxmaqa məcbur edə. Uçot stavkası artıq kredit faizlərinə təsir imkanlarını çoxdan itirib.

Digər tərəfdən, mərkəzləşdirilmiş kreditlər payı kredit portfelində marjinal olduğundan bu addım heç psixoloji təsirə də malik deyil. Uçot stavkası ilə kredit faizləri arasında 10 dəfə fərq var idi, indi 6 dəfədir və əminəm ki, bu göstəricəyə görə, bizim banklar alternativsiz Ginnesin rekordlar kitabına daxil ola bilərlər. Əhalinin nəinki büdcəsinə, hətta şəxsi cibinə girən əksər banklar kredit faizlərini o qədər yüksək müəyyənləşdiriblər ki, uçot stavkası bu sürətlə də onlara çətin çata".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam