Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha 3 bank birləşir

 

Azərbaycanda daha 3 kommersiya bankının konsolidasiyası ilə bağlı ilkin razılıq əldə edilib.

 

Xeberinfo.com:   Bu barədə "Report"a bank dairələrindən məlumat verilib.

Məlumata görə, ötən gün Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 1-də lisenziyası bərpa edilən "NBC Bank" ASC artıq bu ilin aprel ayında "Parabank" ASC və "Dekabank" ASC ilə birləşməyi planlaşdırır və hər üç tərəf bununla bağlı razılığını bildirib.

Mənbə bankların hansı ad altında birləşəcəyinin hələlik bəlli olmadığını və bu mövzu ətrafında danışıqlar getdiyini açıqlayıb.

"Report"un sorğusuna cavab olaraq "Parabank"dan adıçəkilən məsələ ilə bağlı məlumatsız olduqlarını, "Dekabank"dan isə bu məlumatın səhv olduğunu bildiriblər.

"NBC Bank"dan isə "Report"a bildirilib ki, onlar bir neçə bankla konsolidasiyaya dair niyyət protokolu imzalayıblar, lakin bunun hansı banklarla baş verəcəyi ilə bağlı məlumat verilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam