Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Növrəs Cəfərov Qubadlıda işləyənlərin pulunu ödəməyən “Amal Qrup” MMC-yə daha 23 milyon verdi -TƏFSİLAT

növrəs-amal

 

“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi 21.06.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AMAL GROUP”  Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 23.782.656 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 17.09.2025-ci ildə dərc edilib.

Yenixeber.org: Qeyd edək ki, bu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə “AMAL GROUP”  MMC-arasında bağlanan ilk satınalma müqaviləsi deyil.

“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Qubadlı rayonu, Zilanlı kəndi üzrə qeyri-yaşayış binalarının, sahədaxili mühəndis-kommunikasiya sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik, rabitə şəbəkəsi və kənddaxili yollar ) tikinti-quraşdırma işləri üzrə “AMAL GROUP”  MMC ilə 04.06.2025-ci ildə 29.894.399,13 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qubadlı rayonu, Mahruzlu kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması üzrə “AMAL GROUP”  MMC ilə 22.04.2024-cü ildə 24.286.451,38 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qubadlı rayonu, Zilanlı kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması üzrə “AMAL GROUP”  MMC ilə 22.04.2024-cü ildə 24.159.547,3  manat məbləğində satınalma müqaviləsi bağlayıb. 24.159.547,3

Göründüyü kimi “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi son bir il 5 ay ərzində “AMAL GROUP”  MMC ilə ümumi dəyəri 102 123 153 manat məbləğində dörd satınalma müqaviləsi bağlayıb.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AMAL GROUP”  (VÖEN: 1305578581) Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.07.2018-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, CƏFƏR CABBARLI, ev.44, Caspian Plaza 2-ci korpus,15-ci mərtəbə, qanuni təmsilçisi kimi isə İbrahimli Orxan Asəf oğlu qeyd olunub.

Qeyd edək ki, MMC “CASPIAN CONSTRUCTION COMPANY” kimi dövlət qeydiyyatından keçib. 27.02.2019-cu ildən sonra “AMAL GROUP”  MMC olub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Əkbərov Camal İsmayıl oğlu olub. Daha sonra Orucov Namiq Ziyəddin oğlu MMC-yə rəhbərlik edib.

MMC-yə vergi öhdəlikləri üzrə – 2018 – 2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırki günə MMC-nin 295 162.11 manat vergi borcu var.

“AMAL GROUP” MMC haqqında rəsmi mənbələrdə olan məlumatlar bu qədərdir. Elektron medida yer almış və təkzib olunmayan məlumatlara görə “AMAL Group” şirkətinin yüksək vəzifəli məmurlar tərəfindən himayə edilirmiş.
“Amal Group” şirkətinin sahibi Teymur adlı şəxsdir. O, bəzi iri ranqlı məmurlarla yaxın qohumluq əlaqələrinə malikdir. Belə ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri Sadiq Sadıqov “Amal Group”un sahibi Teymurun qayınatası, iqtisadiyyat nazirinin müavini Anar Axundov isə bacısının həyat yoldaşıdır. Qeyd edək ki, “Amal Group”  MMC 2023 və 2024-cü illərdə MİDA-nın keçirdiyi iri həcmli tenderlərin də qalibi olub.

Bu günlərdə poliqon.az-ın yaydığı məlumatlarda bildirilir ki, “AMAL GROUP” MMC  təchizatçı təşkilatların Qubadlı rayonunda gördəkləri işə görə ödənişlərini ala bilmirlər. Bir qrup şikayətçinin mediada yayılmış müraciətində bildirilir ki, “Amal Qrup”a rəsmi və qeyri rəsmi xəbərdarlıqlar olunub, ölkə rəhbərliyinə şikayətlər göndərilib. Məsələ burasındadır ki, verdiyi vədə əməl etməyən AMAL Qrup MMC-nin direktoru Orxan İbrahimli görünür söykəndiyi qüvvələrə arxayındır ki, bir ildən artıqdır borcu olduğu subpodratçı şirkətin pulunu ödəmək istəmir. Amal Qrup MMC bir çox iri layihələr və tenderlərin qalibi elan olunub…

Şikayətçilər qeyd edirlər ki, artıq 13 aydır ki, Upsilon MMC qurumların qapısını döyərək müxtəlif qurumlardan dəstək istəyir. Bu işin hüquqi yolu olsa da işin məhkəmələrə düşəcəyi qarşı tərəfin də etirazları ilə prosesin uzanacağı ehtimal edildiyindən, şirkətin təsisçisinə, direktoruna rəsmi və qeyri rəsmi mesajlar göndərlib, müraciətlər edilib. Amma nə fayda ? Orxan İbrahimli burda “mənəm Bağdadda kor xəlifə” misalı ilə davranaraq öz ‘‘prinsipiallığına’’ davam edir. Əvvəlcə ‘‘möhtərəm’’ direktor rəsmi faktlara baxmayaraq subpodartçı şirkətə ödənəcək məbləği ödəməməklə yanaşı, Upsilon MMC-yə məxsus inventoru girov götürərək, şikayətdən və borcdan imtina qarşılığında inventorları da geri verəcəyini bildirirdi. Rəsmi edilən şikayətlərdən , məsələnin ictimailəşməsindən sonra “Amal Qrup” rəhbərliyi nəhayət inventoru bu ilin mart ayında “girovluqdan” azad etdi. Borcun təxminən 10 %-ni ödə.

“Sözlər verilmişdi ki, bu borc yaxın günlərdə tam həll olunacaq. Amma yenə də “Amal Qrup”un direktoru Orxan İbrahimli öz iddiasından və hikkəsindən əl çəkmək bilmir. İlkin ödənişdən sonra “Amal Qrup”la bölgənin tikintisi və bərpasında məsul olan Şərqi Zəngəzur Tikinti Bərpa qurumunun təşkilatçılığı ilə görüş keçirildi, ümid edildi ki, borclar tam ödənəcək. Bundan sonra bir neçə görüşlər keçirilməsinə, rəsmi sənədlər, qaimələr təqdim edilməsinə baxmayaraq Amal Qrup rəhbərliyi real addım atmaq istəmir”, deyə şikayətdə bildirilir.

Bu gün inşaat gedən Qubadlı rayonu Zilanlı kəndi ərazisinə mal, material aparan, texnika icarəyə verən təhçizatçılar ciddi narazıdırlar. İnsanlar min bir əziyyətlə inşaat bölgəsinə apardıqları təhçizatın pulunu ala bilmirlər. Artıq son dərəcə ağır maddi böhran keçirən təhçizatçılar yaxında Amal Qrupun ofisinin yerləşdiyi binanın qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının sədri Vahid Hacıyevdi. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Xidmətin Müşahidə Şurası tərəfindən təyin edilmiş Növrəs Qəhrəman oğlu Cəfərovdur.(aktualinfo.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam