Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

“OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır -DETALLAR

tender-esas

“İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsi “OFİS-A.M.” Məhdud Məsuliyyətli Cəmiyyətini satınalmadan kənarlaşdırıb.

Yenixeber.org: Bu barədə Peşə Təhsil Mərkəzinin 21.06.2025-ci satınalmaların portalındadərc etdiyi məlumatda bildirilir. Qeyd olunur ki, hörmətli təchizatçı, ( “OFİS-A.M.” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ) tələb olunan mallar üzrə sizin təklif etdiyniz qiymət təklifi ehtimal olunan qiymətdən 76.36 faiz aşağıdır, bu səbəbdən satınalmanın icrasına şübhələr yarandığından izahat və məlumatlar təqdim etməyniz üçün sizə göndərilən sorğuya əsaslandırılmış izahat və məlumatlar təqdim etmədiynizə görə Azərbaycan Respublikası Dövlət Satınalma Haqqında Qanunun 35.1.8. maddəsinə əsasən (təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda) satınalmadan kənarlaşdırılırsız.

Xatırlatmaq istərdik ki, Aktualinfo.org hələ bir neçə ay əvvəl “OFİS-A.M.” MMC-nin fəaliyyətinə toxunmuşdu. Qeyd edək ki,  “OFİS-A.M.” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkənin satınalmalar bazarında çox tez parlamağa başlayıb. MMC demək olar hər gün iki və ya üç kotorivka sorğusunun qalibi olur. Daha çox dəftərxana və təsərrüfat mallarının satın alınmasının qalibi olan MMC həm də, təltif malları, təsərrüfat və mətbəə malları, içməli su, ofis ləvazimatları, digər mallar, istehlak yönlü müxtəlif xidmətlər, mətbəə məhsullarının və katric dolumu, bayraq və portret malları, yeməkxana və mətbəx ləvazimatları, digər və istehsalat təlimi üzrə lazım olan mallar, mətbəə avadanlıqlarına ehtiyat hissələri və mətbəə üçün sərfiyyat malları kimi satınalmaların da qalibi olub.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, bir çox dövlət qurumu “OFİS-A.M.” MMC ilə bağladığ satınalma müqaviləsində məhz Satınalmalar Haqqında Qanunun 35.1.8. maddəsinin tələblərinə əməl etməyib ehtimal olunan qiymətdən qat-qat aşağı qiymətlər təklif etmiş bu şirkəti qalib seçmişlər. Bu isə malların keyfiyyətinin aşağı olmasına gətirib çıxarmaqla yanaşı, digər şübhəli məqamlara da yol açır.

Dövlət satınalmalarının vahid portalına yerləşdirilmiş məlumatlarda MMC nin dövlət qeydiyyatına alındıqdan sonra son bir il iki ay ərzində dövlət satınalmalarında 481 kotirovka sorğusunun qalibi olduğu göstərilir. Bu bəlkə son illər dövlət satınalmaları sahəsinə görülən ən yüksək nəticədir. Yəni “OFİS-A.M.” MMC qısa müddətdə satınalmalarda rekord qırıb. Maraqlıdır, belə qısa müddət ərzində beş yüzə yaxın kotirovka sorğusunun qalibi olmuş bu MMC kimə məxsusdur?

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “OFİS-A.M.” (VÖEN 1605401091) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 14.02.2024-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, KÖNDƏLƏN ENİNƏ 10-CU, ev 2074-2077, qanuni təmsilçisinin isə Abdullayev Müşfiq Yavər oğlu olduğu göstərilir.

Göründüyü kimi MMC ötən ilin fevralında dövlət qeydiyyatına alınıb. Cəmi iki ay sonra “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi ilə dəftərxana və təsərrüfat ləvazimatlarının satınalınması üzrə 4.221,5 manat məbləğində müqavilə bağlayıb, siftə edib. Daha sonra Naxçıvanın rayonlarından tutmuş, Qəbələ, İmişli, Gədəbəy, Qusar, Tovuz, Şəki, Yevlax, Kürdəmir, Lənkəran, Astara, Saatlı, Beyləqan, Cəlilalabad, Salyan, Yardımlı, Biləsuvar, Hacıqabul, Ağdam, Ağstafa rayonlarında və Gəncə, Şuşa,Şirvan və Sumqayıt şəhərlərində fəaliyyətdə olan dövlət qurumlarına, Bakı şəhərində fəaliyyətdə olan xəstəxana, institut, hərbi hissə digər qurumlara dəftərxana və təsərrüfat ləvazimatları satmağa başlayıb.

Ümumiyyətlə görəsən bu MMC-nin qalib olduğu satınalmaları respublikanın şimalından cənubuna, şərqindən qərbinə həyata keçirməyə müqavilə ilə işləyən işçiləri, maddi-texniki bazası varmı? Bu şirkət haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Son bir il bir neçə ay ərzində beş yüzə yaxın kotirovka sorğusunun qalibi olan MMC-nin nə sosial şəbəkə hesabı, nə də bir veb-səhifəsi yoxdu. Maddi texniki bazası, işçi qüvvəsi barədə də həmçinin heç bir məlumat yoxdu.

Qeyd edək ki, MMC-nin fəaliyyəti, maddi-texniki bazası ilə yaxından tanış olmağa səy göstərdik. Açıq mənbələrdə MMC-nin heç bir əlaqə vasitəsi yoxdu. Satınalma müqaviləsi bağladığı dövlət qurumları da MMC-nin əlaqə vasitələrini heç bir səbəb göstərmədən bizə bildirmədilər.

Bu isə MMC-nin sirli bir gücə sahib olduğunu, yüksək vəzifəli məmur tərəfindən idarə edildiyini açıq aydın göstərir. Əks halda Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “OFİS-A.M.” MMC-yə xüsusi bir yanaşması, simpatiyası olmazdı. Olmasaydı MMC-yə son bir il ərzində 481 dövlət sifarişinin verilməsinə belə geniş şərait yaratmazdı.(aktualinfo.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam