Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Sumqayıt İcra Hakimiyyətinin 145 minlik gül aldığı Nigar Bağırova kimdir?

Sumqayıt İcra Hakimiyyətinin 145 minlik gül aldığı Nigar Bağırova kimdir?
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Bulvar” MMC tərəfindən elan edilən tender müsabiqələrinin qalibi məlum olub.
Yenixeber.org: Açıqlanan rəsmi məlumatlara görə, tender müsabiqələrinin qalibi fərdi sahibkar Nigar Rauf qızı Bağırova (VÖEN – 1702068062) olub.
Bu şəxs Sumqayıt İcra Hakimiyyəti başçısının tabeliyindəki "Sumqayıt Bulvar” MMC-yə güllər və qazonlar satacaq, həmçinin onların əkilməsini həyata keçirəcək. Nigar Bağırova satacağı güllər və qazonların qarşılığında Sumqayıt Şəhər İcra Hakimiyyətindən 145 min 550 manat alacaq.
Qeyd edək ki, Nigar Bağırova 145 min 550 manata ümumilikdə 22 000 kv.metr qazon (rulon), 5 000 ədəd xrezantema, 10 000 ədəd pirmula, 5 000 ədəd papatya və 15 000 ədəd geran gülləri satacaq.
Onu da bildirək ki, Nigar Bağırova son illər davamlı olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinə güllər satır.(yeniavaz.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam