Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Sumqayıt bulvarında 178 min manatlıq cari təmir -Qalib şirkət kimindir?

Sumqayıt bulvarında 178 min manatlıq cari təmir - Qalib şirkət kimindir?
"Sumqayıt Bulvar" MMC "Vedibasar İnşaat" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
Yenixeber.org: Məlumata görə, şirkət MMC-nin Sumqayıt bulvarının cari təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. 
Cari təmir işlərinə 178 635,29 manat xərclənəcək.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Vedibasar İnşaat" MMC 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manat olan şirkətin hüquqi ünvanı Samux rayonu, Seyidlər kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Əlizadə Orxan Səbirəddin oğludur. 
Açıq mənbələrdə Orxan Əlizadə haqqında heç bir məlumat yoxdur. Şirkət barəsində də hər hansı məlumata rast gəlinmir. "Vedibasar İnşaat" MMC 3 ildir fəaliyyət göstərməsinə baxmayaraq dövlət satınalmalarında fəal iştirak edir. 
Şirkət əsasən abadlıq və təmir işləri ilə bağlı keçirilən satınalma müqsabiqələrinin qalibi seçilir. MMC ötən il 4 tenderin qalibi olub. Bu tenderləri Siyəzən, Lerik, Yardımlı rayon icra hakimiyyətləri və Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutu keçirib. 
"Sumqayıt Bulvar" MMC ötən il də bulvarda cari təmir işləri həyata keçirib. Təmirə 301 878,01 manat xərclənib. Bununla bağlı keçirilən tenderlərin qalibləri "Fateh Construction” və "Kaspian Standart” şirkətləri olub. 
"Sumqayıt Bulvar” MMC Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. MMC-nin rəhbəri Semur Məmmədovdur.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam