"Az-Caspian CONSTRUCTİON" MMC kimindir? -Külli miqdarda borcu olsa da...
"Az-Caspian CONSTRUCTİON" MMC-nin külli miqdarda vergi borcu yaranıb.
Yenixeber.org: Hazırda şirkətin vergi borcu 1 840 163.84 manat təşkil edir. Şirkət 2009-cu ilin yanvarın 21-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi isə İbadov Rəşad Əsəd oğludur. "Az-Caspian CONSTRUCTİON" MMC riskli vergi ödəyicisi olaraq qeydiyyatda olmasa da, Vergi Məcəlləsini pozduğu üçün şirkətə qarşı 2009, 2014, 2015, 2020, 2021, 2022 və 2023-cü illərdə ümumilikdə 16 hal üzrə 640 manatlıq maliyyə sanksiyası tətbiq edilib. Qeyd edək ki, şirkət dövlət vəsaitləri hesabına maliyyələşən layihələr üzrə keçirilən bir çox tenderlərin qalibidir. Yəni əksər dövlət orqanları ilə müştərək layihələrdə iştirak edib. MMC-nin son müqaviləsi Təhsil Nazirliyinin "Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi" ilədir. "Az-Caspian CONSTRUCTİON" Xankəndi şəhərində yerləşən 7 ədəd (2 və 3-cü binalar) yataqxana tipli yaşayış binalarını 4.550.000 manata əsaslı təmir edəcək. Bundan başqa, "Ərazi Tikinti-Planlaşdirma Mərkəzi" 2021-ci ildə Ağdam və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri "Az-Caspian CONSTRUCTİON" MMC-yə həvalə edib. Qurum bunun üçün MMC-yə 2 tender üzrə toplam 7 450 300 manat ödəyib. "Dövlət Şəhərsalma və Arxitertura Komitəsi" isə həmin ilin iyul ayında təkcə Tərtər rayonunda aparılacaq təmir və bərpa işləri üçün MMC-yə 1 368 546 AZN vəsait ödəyib. . Xatırladaq ki, "Az-Caspian CONSTRUCTİON" MMC Azər Xalça ASC-nin sifarişi ilə Nardaran Xalça fabrikini, Fəhlə əlləri parkını, Tərtər rayonu Suqovuşan qəsəbəsi kotec tipli yaşayış evləri və 2 mərtəbəli butik otelini, İDEA-nın ABAD həyət layihəsi və digər bir çox layihələrin tikintisini də həyata keçirib. (teleqraf)