Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Rusiya-Türkiyə iqtisadi müharibəsi başlayır"

Qubad İbadoğlu: Rusiya-Türkiyə iqtisadi müharibəsi başlayır

 

 

 
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu feysbuk sosial şəbəkəsində Rusiya ilə Türkiyə arasındakı iqtisadi müharibədən yazıb. 
Xeberinfo.com:   Məlumata görə, iqtisadçı alim qeyd edib ki, yaranacaq böhranlı vəziyyətdən Türkiyənin daha az zərərlə və tez çıxmaq imkanı var: "Noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin "Rusiya Federasiyasının milli təhlükəsizliyi və Rusiya vətəndaşlarının cinayətkar və ya digər hüquqazidd əməllərdən qorunmasının təmin edilməsi və Türkiyə Respublikasına qarşı xüsusi iqtisadi tədbirlərin tətbiq edilməsi üzrə tədbirlər haqqında" fərman imzalayıb.  Bu fərmanın icrası  iki ölkə arasında   enerjiden turizmə, ticarətdən inşaat qədər bütün layihələrə  mənfi təsir göstərəcək. 
Bu gün Rusiya Federasiyasının  Nazirlər Kabineti Rusiya bazarlarına Türkiyədən gətirilən və  girişi qadağan olunan məhsulların siyahısını təsdiq edəcək. Gözlənilir  ki, bazara girişinə baryer yaradılacaq  malların siyahısında tesktil məllumatları və meyvə-tərəvəzə geniş  yer  ayrılsın". 
 
Qubad ibadoğlu daha sonra bildirib ki, bundan əlavə Rusiya  birtərəfli qaydada türk vətəndaşları üçün vizasız rejimi də ləğv edib və rus turistlərin Türkiyəyə girişinə məhdudiyyətlər yaratmağa cəhd edir: "Yeni qaydalara görə türk vətəndaşları hətta viza  alacağı halda Rusiyada 30 gündən çox qala bilməyəcək.  Bu isə xüsusi ilə Rusiyanın inşaaat bölməsində çalışan türklərin məşğulluğuna mənfi təsir göstərəcək. Rəsmi məlumatlara görə,  2015-ci ildə 67 min türk vətəndaşı Rusiyada işləmək üçün çalışma vizası alıb. Qeyri-rəsmi məlumatlara görə isə, Rusiyada  əsasən də də inşaat bölməsində 90 min türk vətəndaşı işləyir. Ümumiyyətlə, Rusiya türk vətəndaşlarının  xaricdə iş alıdığı ikinci ölkədir. Bu siyahıya  Türkmənistan liderlik edir, Azərbaycan isə ilk beşliyi tamamlayır. 
Digər qadağa rusiyalı turistlərinin Türkiyənin  istirahət zonalarına gedişinin məhdudlaşdırılmasına yönəlib. Belə ki, rus turizm agentlərləri Türkiyəyə turların satışını, eyni zamanda çarter avia-reyslərini  də dayandırıb. Türkiyə Statistika Komitəsinin (TÜİK) açıqlamalarına görə, ötən il bu ökənin  turizmdən gəlirləri 34,3 milyard dollar olub ki, toplam gəlirlərin 3 milyard dollar və ya  8,75 faizə qədəri rus turistlərin sayəsində formalaşıb. Hazırda  Misir və Türkiyəyə səyahət qadağası qoyan Rusiya bununla daxili turizm bölməsini inkişaf etdirəcəyini hədəfləyir. Fikrimizcə, Rusiyada həm yay iqlim və həm də infrastuktur problemlərinə malik olan daxili turizm obyektlərinin imkanlı ruslar üçün heç cəlbedici olacağı inandırıcı görsənmir.  
İqtisadçı alib həmçinin əlavə edib ki, Rusiyanın Türkiyə ilə münasibətlərdə ziyan vurmaq istədiyi digər sahə enerji əməkdaşlığıdır: "Ötən il Rusiya Türkiyənin təbii qaza olan tələbatının 54,7 faizini, İran 18,1 faizini, Azərbaycan isə 12,4 faizini  təmin edib. 2014-cü ildə  Türkiyə Rusiyaya  təbii qaz satışına 16,5 milyard dollarlıq faktura ödəyib. 
Göründüyü kimi, Rusiya və Türkiyə iqtisadi  münasibətlərində başlıca önəm kəsb edən ticari əlaqələr, enerji və inşaat bölməsidir. Hesab edirəm ki, Rusiyanın  iqtisadi münasibətləri zədələmək məqsədilə birtərəfli qaydada qərarlar qəbul etməsi beynəlxalq konvensiyalara və ticarət qaydalarına ziddir. Həm Rusiya, həm də  Türkiyə  Dünya Ticarət Təşkilatının, eləcə də  BMT-nin bir sıra institutlarının (UNCTAD, UNİDO, FAO və s.) üzvüdürlər. Onlar  bu nüfuzlu beynəlxalq təşkilatlar qarşısında ticari əlaqələrdə qeyri-tarif baryerlərə, investisiya əməkdaşlığında diskriminasiyalara yol verməməklə  bağlı öhdəliklərə malikdirlər. Odur ki, Türkiyənin   ticarət və investisiya palataları, həmçinin iş adamları Rusiyanın birtərəfli qaydada qəbul etdiyi ticarətdə və investisiyada diskrimasiyaya gətirib çıxaran qərarlarına qarşı dövlətlərarası ticarət mübahisələrinin arbitraj yolu ilə həlli müstəvisində iddialar qaldırmalıdr.  Onlar eyni zamanda BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (UNCITRAL) və Kommersiya Arbitraj İnstitutlarının Beynəlxalq Federasiyasına  şikayət etməli,  iki ölkə arasında imzalanmış investisiya və ticarət tərəfdaşlığına dair müqavilələr əsasında  hüquqi araşdırmaya başlamalıdırlar".
Qubad İbadoğlu yekun olaraq qeyd edib ki, iqtisadiyyatı 3,8 faiz, sənayesi 4,2 faiz geriləyən, büdcəsində ÜDM-in 2,8 faizi qədər kəsir yaranan və Qərbin sanksiyalarından, eləcə də enerji resurslarının qiymətlərinin ucuzlaşmasında əziyyət çəkən Rusiyanın  eyni dövrdə  2,9 faiz iqtisadi, 8,4 faiz sənaye artımına malik olan və Qərbin dəstəyini qazanan Türkiyəyə qarşı aparacağı iqtisadi müharibə həmçinin  Rusiyada mövcud  iqtisadi və sosial böhranı dərinləşdirəcək,  istehlak və əmlak qiymətlərini  bahalaşadıracaq: "Bütün bunlar isə  hər iki ölkənin qitisadiyyatı üçün yaxşı perspektivlər vəd etmir, lakin qiymətləndirmələr göstərir ki, hazırkı vəziyyətdə və mövcud şərtlər daxilində yaranacaq böhranlı vəziyyətdən Türkiyənin daha az  zərərlə çıxmaq  potensialı  Rusiyadan yüksəkdir. Çünki, Türkiyənın açıq ticarət və liberal investisiya siyasəti bu itkiləri daha tez kompensasiya edə biləcək".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam