Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Qarabağ Dirçəliş Fondu tendersiz Rusiya şirkəti ilə 26,4 milyonluq müqavilə imzalayıb -DE-FAKTO


Qarabağ Dirçəliş Fondunun Rusiyanın “B.Bright Communications” şirkəti ilə satınalma müqaviləsi imzaladığı bildirilir.
Yenixeber.org: Məlumata görə, “B.Bright Communications” Qarabağ Dirçəliş Fondunun sifarişi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin (bundan sonra Qarabağ və Şərqi Zəngəzur) beynəlxalq media platformalarında, eləcə də müvafiq materiallarda təbliği məqsədilə hərtərəfli kommunikasiya strategiyasını işlənib hazırlanması xidmətini həyata keçirəcək və qarşılığında 26,4 milyon rubl alacaq.
Məlumat üçün bildirək ki, Qarabağ Dirçəliş Fondu tender müsabiqəsi keçirmədən “B.Bright Communications” ilə bir mənbədən satınalama metodu əsasında müqavilə imzalayıb. Eyni zamanda satınalma dövlət satınalmalarının vahid internet portalından kənar keçirilib.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

İrina Belozerçeva Munerovna

Onu da bildirək ki, “B.Bright Communications” (ООО "Бибрайт Коммьюникейшнс")  2018-ci ildə Moskva şəhərində qeydiyyata alınıb. Şirkətin təsisçisi və baş direktoru İrina Belozerçeva Munerovnadır. Nizamnamə kapitalı 10 min rubl (94 dollar) olan şirkətin 5 nəfər işçisi var. Şirkətin ötən ilki mənfəəti 16,7 min dollar (1,78 milyon rubl) olub.(yeniavaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam