"Manatı xilas etmək mümkün olmayacaq"
"ABŞ-da iqtisadi artımla bağlı optimist gözləntilərin özünü doğrultması bütövlükdə dünya iqtisadiyyatında yeni tendensiyalar formalaşdırmaqdadır. Bu, ilk növbədə ABŞ dollarının beynəlxalq bazarlarda mövqeyini möhkəmləndirir”.
Xeberinfo.com: Məlumata görə, bunu strateq.az-a açıqlamasında iqtisadçı-alim Qubad İbadoğlu bildirib.
İqtisadçının sözlərinə görə, aşağı neft qiymətlərinin məcmu tələbə artırıcı təsiri, yumşaq monetar siyasət və davamlı olaraq aparılan liberallaşdırma siyasəti ölkədə iqtisadi artımı, məşğulluğu, deflyasiyanı və birbaşa xarici investisiyaları stimullaşdırır:
"ABŞ-da ümumi daxili məhsul 3-cü rübdə əvvəlki rüblə müqayisədə 3,9 faiz, bütölükdə isə 2015-ci ilin 9 ayında 2,5 faiz artıb. Nəticədə sentyabr ayında işsizlik səviyyəsi 5,1 faiz, inflyasiya isə - 0,04 faiz oub. ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) bu il üçün 2 faizlik hədəf inflyasiyası elan edib. Proqnozlara görə, 2015-ci ildə ABŞ-a birbaşa xarici investisiyaların həcminin 11% artaraq 1.4 trln dollara çatacağı gözlənilir. Bütün bu müsbət tendensiyalar ilk növbədə ABŞ dollarının beynəlxalq bazarlarda mövqeyini möhkəmləndirir.
Bununla yanaşı, ABŞ FEC Açıq Bazar Komitəsinin 15-16 dekabrda keçiriləcək növbəti toplantıda banklar üçün uçot dərəcəsinin (hazırda 0.25 faizdir) yüksəldiləcəyi ilə bağlı ehtimallar digər valyutalara, o sıradan da manata olan təzyiqi biz az da artırır”.
Ekspert qeyd edib ki, Avropa Mərkəzi Bankının monetar genişlənmə proqramını davam etdirməsi avronun dollara nəzərən məzənnəsini aprel ayından sonra ən aşağı səviyyəyə salıb:
"Xarici valyuta bazarlarında müşahidə olunan dəyişikliklərdən Azərbaycan manatı da təsirlənməkdədir. Xüsusilə də son günlər ABŞ dollarının avroya nəzərən məzənnəsinin daha da möhkəmlənməsi Azərbaycanda nağd dollara tələbatı bir az da artırmış, həmçinin cəmi depozit bazasının valyutalar üzrə strukturunda bu ildən başlayan dəyişikliyi sürətləndirib. Bu ilin oktyabrın 1-nə olan məlumata görə, xarici valyuta ilə depozitlərin ümumi yekunda payı 75,4 faizə çatıb. Bir il bundan əvvəl müvafiq göstərici 50,2 faiz təşkil edib”.
Q.İbadoğlu Azərbaycan Mərkəzi Bankının (AMB) bir neçə gün öncə daxili valyuta bazarında sabitliyi qorumaq üçün bazara bir gündə 94 milyon dollar əlavə vəsait yerləşdirmək məcburiyyətində qaldığını vurğulayıb: