Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Maliyyə amnistiyası olmalıdır”

 

İqtisadçı alim Qubad İbadoğlu Nazirlər Kabinetinin son müşavirəsində müzakirə edilən büdcə vəsaitinin qənaətlə işlədilməsi və sahibkarlardan əsassız ödəmələrin tələb olunmaması barədə mövzulara münasibətində deyib.

"Xeberinfo.com":   Məlumata görə, o deyib ki, hər iki məsələnin indiki situasiyada əhəmiyyətini dəyərləndirməklə yanaşı, hazırda hökumətin qarşısında duran başlıca vəzifələrdən biri də daxildə əlavə maliyyə qaynaqlarının tapılması və xaricdən birbaşa investisiyaların cəlb edilməsi üçün əlverişli biznes mühitinin yaradılmasıdır: “Qənaət öz-özlüyündə ictimai vəsaitlərin istifadəsində rasionallığı və səmərəliliyi artırsa da bu sonsuzluğa qədər davam edə bilməz. Biznesin fəaliyyət imkanlarının genişləndiirlməsi isə əlavə maliyyə qaynaqlarının təmini üçün çox vacibdir. Qlobal rəqabətlilik qabiliyyətinə görə Davos İqtisadi Forumu Azərbaycanı 40-cı yerdə qərarlaşdırıb və ölkəmiz dünyanın 40 ən rəqabətli ölkəsi ilə bir qrupdadır. Bu halda xarici investisiyaların təşviqi vasitəsilə sahibkarlığın inkişafına yönəlmiş dövlət siyasəti dayanıqlı iqtisadi artımın təmin edilməsini şərtləndirə bilər. Odur ki, investorlar Azərbaycan Respublikasında əlaqədar qanunvericiliyin, xüsusilə də vergi və gömrük rejiminin dəyişdirilməsindən qaynaqlanan təsirlərdən sığortalanmalı və onlara bununla bağlı bəzi təminatlar verilməlidir”. 

İqtisadçı-ekspert hesab edir ki, son zamanlar vergi qanunvericiliyin qeyri-əlverişli şərtlərlə dəyişdirilərək sərtləşdirilməsi nəticəsində əlaqədar orqanların əsassız yoxlamaları və haqsız cərimələri fonunda müşahidə olunan ekspropriasiya (bir qrup tərəfindən başqa bir qrupun mülkiyyətinin icbari, zorakılıq yolu ilə qəsb edilməsi) kiçik və orta sahibkarların bir sinif kimi sıradan çıxarılması təhlükəsi yaradıb. O, həmçinin qeyd edib ki, Azərbaycanda post neft dövrünün artıq başlandığını etiraf edən hakimiyyətin keçid dövrü üçün ilk addımlarında biri maliyyə amnistiyası olmalıdır: “Ölkəyə neft gəlirlərinin sürətlə və iri həcmlərdə daxil olduğu son illərdə gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilmiş maliyyə resurslarının tam və ya qismən leqallaşdırılması, bəyan edilməyən aktivlərin repatriasiyasının stimullaşdırılması, xaricə aparılan kapitalın geri qaytarılması , getdikcə artan və kütləviləşən məhkəmə çəkişmələri ilə müşahidə olunan vergi borc öhdəliklərinin həlli üçün hazırkı şəraitdə maliyyə amnitsiyasının elan olunmasının zəruriyyət çevirib. Bu tədbir yeni iqtisadi situasiyada məlum çətinliklərlə üzləşən bazar subyektləri, biznes qurumlarının fəaliyyətinin təşviqinə xidmət edə və Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı üçün vacibliyi getdikcə artan investisiya qoyuluşları probleminin həllinə töhfə ola bilər”. 


Q.İbadoğlunun sözlərinə görə, hazırda Azərbaycanda büdcə gəlirlərinin formalaşmasında, ölkəyə xarici sərmayələrin cəlb olunmasında müşahidə olunan çətinlikləri nəzərə alaraq, hökumətdə bu istiqamətdə müzakirələr başlanmalı, ümumi vergi amnistiyası elan olunmalı, vergi ödəyicilərinə münasibətdə “təmiz səhifə”dən başlanılmalı, bəyan edilməyən aktivlərin repatriasiyasının stimullaşdırılması üçün xüsusi proqram qəbul edilməlidir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam