Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Azərbaycanda nazirliklərin sayı 12-yə enməlidir"

 

“Neft gəlirlərinin azalması səbəbindən formalaşan yeni iqtisadi situasiyada dövlət aparatının saxlanması ciddi maliyyə tələb edir. Bu baxımdan bu sistemdə mərhələli islahatlara start verilməlidir. Fikrimizcə, bu istiqamətdə aparılmalı olan islahatların 1-ci mərhələsində Azərbaycanda 12 nazirliyin saxlanılması optimal hesab oluna bilər”.
"Xeberinfo.com":  Məlumata görə, bu təkliflə özünün Facebook sosial şəbəkəsində iqtisadçı-alim Qubad İbadoğlu çıxış edib.
O, bu nazirliklərin saxlanılmasını irəli sürüb:
1. Müdafiə Nazirliyi, 2. Daxili İşlər Nazirliyi, 3. Milli Təhlükəsizlik Nazirliyi, 4. Ədliyyə Nazirliyi, 5. Xarici İşlər Nazirliyi, 6. Maliyyə Nazirliyi, 7. Kənd təsərrüfatı və ərzaq Nazirliyi, 8. Səhiyyə, Təhsil və Rifah Nazirliyi 9. Sənaye, Elm və Texnologiyalar Nazirliyi, 10. Nəqliyyat və infrastruktura Nazirliyi, 11. Vergi və rüsumların tənzimlənməsi Nazirliyi, 12. Əmək Nazirliyi.
İqtisadçı-alim hesab edir ki, hökümətin parlamentdə hesabat verdiyi zaman bu məsələlər üzrə də ciddi müzakirələr aparılmalıdır.
Q.İbadoğlunun fikrincə, yaxın zamanlarda neftin qiymətində ucuzlaşma, manatın dəyərində isə bahalaşma gözlənilmir. Belə olan halda ev təsərrüfatlarında və biznesdə olduğu kimi hökümətdə də rasional xərcləmələr mövzusu getdikcə aktuallaşır: “Deməli, büdcə xərcləmələrinin optimallaşdırılması, iş yerlərinin bağlanması və əmək haqqı gəlirlərinin azalmasına yol vermədən dövlətin izafi məsrəflərinin ixtisarı yolu ilə səmərəliliyin artırılması hazırda həlli vacib olan əsas məsələlərdən hesab olunur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturuna 20 nazirlik, 10 dövlət komitəsi, 2 dövlət administrasiyası, 4 dövlət xidməti və 1 dövlət fondu daxildir və onların hamısı dövlət büdcəsindən maliyyələşdirilir. Beləliklə də Kabinetin tərkibində müxtəlif adlarla yer alan mərkəzi icra strukturlarının sayı 37-yə çatır”.
İqtisadçı-alim bildirir ki, Azərbaycanda dövlət nazirliklərinin sayı hətta Avropa ölkələri ilə müqayisədə belə çoxdur: “Məsələn, dövlət nazirliklərinin sayı İtalıyada 14, Almaniyada və Belçıkada 11, İspaniyada 9-dur. ABŞ-da da nazirlik səviyyəsində olan 11 federal hökümət qurumu fəaliyyət göstərir. Həqiqətən də Azərbaycanda 20 nazirliyin olması dövlət idarəetmə xərclərinin optimallaşdırılmasının və idarəetmədə struktur islahatlarının aparılmasının potensialının yüksək olmasının göstərəcidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam