Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avtomobil kreditlərinin şərtləri dəyişir: ilkin ödəniş 80 faizə çata bilər

 

 

   "xeberinfo.com": Azərbaycanda bir qədər əvvəl dayandırılmış avtomobil kreditləri yenidən aktivləşib. Bank dairələrindən əldə etdiyimiz məlumata görə, artıq avtomobil kreditləşməsi ilə bağlı yeni qaydalar hazırlanıb. Yaxın vaxtarda tətbiq olunması nəzərdə tutulan yeni qaydalarda kreditlərin şərtləri kəskin surətdə sərtləşdirilib. Belə ki, avtomobil alınması üçün kreditlər üzrə ilkin ödənişlərin məbləği ciddi surətdə artırılaraq minimum 40%, maksimum 80% olacaq.
 
İlkin ödənişin məbləği avtomobilin  təzə və ya köhnə olamasından asılı olacaq. Avtomobilin istehsal tarixindən satış gününə qədər bir il keçibsə, o köhnə hesab olunacaq.
Təzə avtomobillərdə ilkin ödəniş 40-50% arasında dəyişəcək. Bu avtomobilin qiymətindən asılı olacaq. Belə ki, qiyməti 30 min manata qədər avtomobillərdə ilkin ödəniş 50%, bundan baha avtomobillərdə isə 40% təşkil edəcək.
Köhnə, yəni istehsal tarixindən bir il keçmiş avtomobillərdə isə ilkin ödənişin məbləği 80% olmalıdır. Burada avtomobilin qiymətinin əhəmiyyəti yoxdur. Qeyd edək ki, avtomobil kreditlərinin bərpasını banklar, avtomobil dilerləri və müştərilərlə yanaşı, sığorta şirkətləri də gözləyirlər. Xatırladaq ki, yanvarın ortalarından avtomobil kreditlərinin məhdudlaşdırılması sığorta şirkətlərinin işinə də təsir edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam