Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Bu il Ceyhandan 18,9 mln. ton Azərbaycan nefti dünya bazarına çıxarılıb

 

Bu ilin avqust ayı ərzində Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 2 205 834 ton Azərbaycan nefti dünya bazarına çıxarılıb.

"Xeberinfo.com":   Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbərə görə, bu həcm ötən ilin avqust ayına nisbətən 0,41% azdır.

Bu ilin avqust ayında dünya bazarına çıxarılan həcmin 880 458 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-avqust aylarında isə Ceyhan limanından ixrac olunmuş neftin həcmi 18 898 796 ton təşkil edib. Bu isə ötən ilin analoji dövründən 0,71% azdır.

Ümumiyyətlə, BTC kəməri istismara veriləndən (2006-cı il) 2015-ci il sentyabrın 1-nə qədər Ceyhan limanından 280,835 mln. ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. barel neftdir. Kəmər 2006-ci ildən istifadədədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam