Redaktor seçimi
Saleh Məmmədovun “ərköyün” kadrları...-
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
Günün xəbəri

SOCAR-da faciə: iki fəhlə yaralandı -Araşdırma aparılır

 

 

SOCAR-ın Qaradağ rayonu ərazisində yerləşən 490 saylı quyusunda faciə baş verib

 

Yenixeber.org: Bu barədə  məlumat verən SOCAR-ın sözçüsü İbrahim Əhmədov bildirib ki, Qazma İşləri Trestinin Qaradağ sahəsində qazma işləri aparılarkən baş vermiş qəza nəticəsində iki nəfər qazmaçı yaralanıb.

“Yararlılardan biri hazırda xəstəxanadadır, müalicəsi davam edir. Digər yaralı isə ilkin tibbi müayinədən sonra evə buraxılıb. Hadisə zamanı yaralanan işçilərin kimliyi ilə bağlı dəqiqləşdirmə aparılır. Yaxın dəqiqələrdə bu barədə rəsmi məlumat veriləcək”, - SOCAR sözçüsü bildirib.

***

Qazma prosesi zamanı xəsarət alan neftçilərin vəziyyəti qənaətbəxşdir.

Bu barədə SOCAR rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, “Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb. Bu zaman Kompleks Qazma İşləri Trestinin “Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib.

Hər iki zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hazırda xəsarət alan qazmaçılar xəstəxanada müalicə alırlar. Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam