Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

Dünya Bankının son proqnozları birmənalı qarşılanmır

 

“Neftin qiymətinin 10 dollara düşməsi real deyil”.

"Xeberinfo.com":  Məlumata görə, bunu azvision.az-a açıqlamasında iqtisadçı Aydın Hüseynov Dünya Bankının son proqnozuna münasibət bildirərkən deyib. O, qeyd edib ki, neftin qiymətinin aşağı düşməsi daha çox siyasi amillərlə bağlıdır:


“Bu cür proqnozları verən Qərbin daha çox “qara qızıl”a ehtiyacı var. Bu səbəbdən öncədən bu cür xəbərləri yayaraq nefti ixrac edən ölkələrdən əlavə divident qazanmaq istəyirlər. Çünki, neftin qiymətinin bu dərəcədə düşməsi dünya iqtisadiyyatın çökməsi deməkdir. Buna isə heç bir dövlət razı olmaz”.

O, qeyd edib ki, neftin qiyməti keçən ilə nisbətən iki dəfədən çox aşağı düşsə də iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, ölkə vətəndaşı bunu hiss etməsin:

“Qeyri-neft sektorunda qazanılan iqtisadi uğurlar Azərbaycanın iqtisadiyyatının neftdən asılı olması ilə bağlı qərəzli iddiaları təkzib edib. Bu ilin altı ayında da qeyri-neft sektorunda artımın baş verməsi ilk növbədə, regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları da mühüm əhəmiyyət kəsb edir. Təkcə cari ilin birinci yarısında ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılıb ki, onlardan 48 mini daimi iş yeridir. Son 12 il ərzində isə 1 milyon 400 min iş yeri açılıb ki, onlardan 1 milyonu daimidir. Azərbaycanda işsizlik ötən ilin yekunlarına görə 5 faiz səviyyəsində olub”.

`Ölkədə bəzi bankaların bağlanmasının neftin qiyməti ilə bağlıdır mı?` sualına cavabında:

“Bəzi banklara verilən lisenziyanın geri alınmasının neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqəsi yoxdur. Bank sektoru qeyri-neft sektoruna aid olduğundan neftin dünya bazarındakı qiymətinin aşağı düşməsi bank sektoruna birbaşa təsir göstərmir. Bu heç də bankların müflis olmasına gətirib çıxarmayacaq”- deyə cavablandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam