Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Rusiyadan göndərilən vəsaitlərin azalması sosial gərginlik yarada bilər”

 

Vahid Əhmədov: “Rusiyadan göndərilən vəsaitlərin azalması regionlarda yaşayan insanların da həyat şəraitinə müəyyən qədər təsir edəcək”
 
Natiq Cəfərli: “Rusiyada vəziyyət pisləşdikcə, orada çalışan soydaşlarımızın göndərdiyi vəsaitlər də azalacaq, bu da sosial gərginliyin artması üçün zəmin yarada bilər”
"Xeberinfo.com":   Məlumata görə, Rusiyadan Azərbaycana köçürülən vəsaitlərin həcmi 50 faiz azalıb. 
APA-nın məlumatına görə, bu ilin I rübündə pulköçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transfertlərinin həcmi 182 mln. dollara çatıb. Rusiyanın Mərkəzi Bankı xəbər verir ki, bu, 2014-cü ilin I rübü ilə müqayisədə 109 mln. manat və ya 37,4% azdır.
Məlumata görə, bu ilin ilk 3 ayında Rusiyadan Azərbaycana 126 mln. ABŞ dolları həcmində vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 124 mln. ABŞ dolları və ya 49,6% azdır. Qeyd edək ki, bu ilin ilk üç ayında hər əməliyyat üzrə orta hesabla 419 ABŞ dolları köçürülüb.
Xatırladaq ki, 2014-cü ilin I rübündə pulköçürmə sistemləri vasitəsilə Rusiyadan Azərbaycana 250 mln. ABŞ dolları göndərilib. Bu zaman hər əməliyyat üzrə pulköçürmənin orta məbləği 609 ABŞ dolları olub.
Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcminə gəlincə, burada artım müşahidə olunub. Belə ki, bu ilin yanvar-mart aylarında hər əməliyyat üzrə orta məbləğ 700 ABŞ dolları olmaqla, ölkəmizdən şimal qonşumuza ümumilikdə 56 mln. ABŞ dolları həcmində pul köçürülüb. Bu isə 2014-cü ilin müvafiq dövründəkindən 15 mln. ABŞ dolları və ya 36,6% çoxdur. Başqa sözlə, ötən ilin ilk rübündə Azərbaycandan Rusiyaya hər əməliyyat üzrə orta məbləğ 754 ABŞ dolları olmaqla, ümumilikdə 41 mln. ABŞ dolları həcmində vəsait daxil olub. 
Heç kimə sirr deyil ki, Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin böyük bir qismini o ölkəyə qazanc dalınca getmiş həmvətənlərimizin ailələrinə göndərdikləri pullar təşkil edir. Bu vəsaitlərin böyük bir qismi isə regionlarda yaşayan kasıb əhalinin sosial durumunun yaxşılaşmasına xidmət edirdi. Lakin həmin vəsaitlərin kəskin azalması insanların dolanışığı və sosial durumu ilə bağlı da müəyyən suallar yaradır. 
Musavat.com-a açıqlamasında mövcud durumu dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, əgər vəziyyət bu cür davam etsə, regionlarda sosial gərginlik yarana bilər: “Əslində, bu, gözlənilən bir durum idi. Rəsmi rəqəmlərdə qeyd olunanlar da gözləntiləri təsdiqlədi. Ötən ilin sonunda etibarən Rusiyada iqtisadi vəziyyətin ağırlaşması, rublun kəskin dəyərdən düşməsi, iqtisadi aktivliyin azalması, iş yerlərinin itirilməsi prosesi gedir. Rəsmi rəqəmlərə görə, Rusiyada ümumdaxili məhsulun 3-4 dəfə azalması baş verib. Bu durum Rusiyada çalışan yüzminlərlə azərbaycanlının gəlirlərinə təsir etməyə bilməzdi. 
2012-ci ilin rəsmi rəqəmlərinə görə, Azərbaycana Rusiyadan rəsmi kanallarla 1,8 milyard dollar vəsait daxil olmuşdu. Qeyri-rəsmi daxil olmaları da nəzərə alsaq, gələn vəsaitlərin həcmi 3 milyarda yaxın idi. Bu vəsaitlər Azərbaycanda, xüsusən regionlarda sosial gərginliyin azalmasında mühüm rol oynayırdı. Bu vəsaitlər iqtisadiyyatın digər sahələrinin də canlanmasında rol oynayırdı. Daşınmaz əmlak bazarında, avtomobil bazarında, məişət əşyaları bazarında Rusiyadan göndərilən vəsaitlərin ciddi rolu olurdu. İnsanlar hətta kredit götürəndə belə, hesablamalarını ona görə aparırdılar ki, Rusiyadan yaxınlarının göndərdikləri vəsaitlər hesabına kreditlərini ödəyəcəklər. İndi bu azalma həm regionlarda sosial vəziyyətin gərginləşməsi prosesini sürətləndirir, həm də iqtisadiyyatın digər sahələrində daralmalara səbəb olur. Artıq həm daşınmaz əmlak, həm avtomobil bazarında satışlar 30-40 faizdən çox düşüb. Regionlarda və Bakıda bir çox satış məntəqələri bağlanıb, məişət əşyaları bazarı iflas edib”.
Iqtisadçı ekspert bildirdi ki, Azərbaycandan Rusiyaya göndərilən vəsaitlərin həcminin artmasının da səbəbləri var: “Bu səbəb ondan ibarətdir ki, Rusiyada çalışan həmyerlilərimiz qazanclarının yaxşı vaxtında xeyli vəsaiti daşınmaz əmlak bazarına yatırmışdılar. İndi oradakı biznes vəziyyətləri gərginləşdikcə, nağd pula ehtiyac yarandıqca, onlar Azərbaycanda olan daşınmaz və daşınar əmlaklarını sataraq, bu şəkildə valyutanı ölkədən çıxarıb, oradakı bizneslərini ayaqda tutmağa çalışırlar. Bu proses ölkədən külli miqdarda valyutanın çıxması ilə nəticələnir və həm də manata təzyiqləri artırır. Ölkəyə nə qədər az valyuta daxil olursa, bu, manatın məzənnəsinə basqını artırır. Rusiyadan yüzmilyonlarla vəsait daxil olarkən manatın məzənnəsini stabil saxlamağa ciddi dəstək olurdu. Ancaq indi o dəstək azalıb. Neftin qiymətinin azaldığı bir vaxtda yəqin ki, yaxın vaxtlarda Mərkəzi Bankın açıqlamlarında biz bunu görəcəyik”. 
Natiq Cəfərlinin proqnozlarına görə, yaxın gələcəkdə Rusiyanın vəziyyətinin yaxşılaşması gözlənmir:“Bütün proqnozlar bədbindir. Hətta Rusiya rəsmi dövlət orqanlarının və Mərkəzi Bankının açıqlamalarında da ən yaxşı halda 2017-ci ildə vəziyyətin stabilləşəcəyi deyilir. Bu, o deməkdir ki, gələn il də vəziyyətin ağır keçəcəyi proqnozlaşdırılır. Rusiyada vəziyyət pisləşdikcə, orada çalışan soydaşlarımızın göndərdiyi vəsaitlər də azalacaq, bu da sosial gərginliyin artması üçün zəmin yarada bilər. Çünki regionlarda əhalinin əsas dolanışığı məhz Rusiyadan gələn vəsaitlər hesabına idi. Bu proses işsizliyin və yoxsulluğun artmasına gətirib, çıxaracaq. Hökumət artıq çoxdan bu istiqamətdə proqram hazırlamalı idi. Çünki hazırda baş verənlərin proqnozu bir il öncədən verilmişdi. Lakin bu sahədə hər hansı proqramın tətbiq olunduğunu biz görmürük”. 
Millət vəkili Vahid Əhmədov da musavat.com-a bildirdi ki, açıqlanan rəqəmlər gözlənilən idi: “Bu, demək olar ki, gözlənilən bir hal idi. Çünki Rusiyada yaşayan soydaşlarımız tərəfindən Azərbaycana göndərilən vəsaitlərin azalacağı proqnozu verilmişdi. Rublun kəskin devalvasiyası, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və bu ölkədə iş yerlərinin azalması və gəlirlərin bir qisminin itirilməsi ilə nəticələndi. Bundan sonra Azərbaycana köçürülən vəsaitlərin də həcmi kəskin azalmağa başladı. Bu insanların əksəriyyəti Azərbaycanın regionlarından gedən insanlardır. Göndərilən vəsaitlərin azalması regionlarda yaşayan insanların da həyat şəraitinə müəyyən qədər təsir edəcək və sosial vəziyyət bir qədər pisləşə bilər. Ancaq bu problem qısa müddətdə olmasa da, müəyyən zamandan sonra öz həllini tapacaq. Yəqin ki, Avropa ölkələri ilə Rusiya müəyyən mərhələdən sonra ortaq məxrəcə gələcəklər və bu problemləri aradan qaldıra biləcəklər”. 
V. Əhmədovun sözlərinə görə, həm Rusiya, həm də Azərbaycan neft ixrac edən ölkədir, bu prosesdə neftin qiymətinin kəskin azalması da az rol oynamır: “Mən inanmıram ki, Rusiyadan gələn vəsaitlərin azalması hansısa sosial gərginliyə səbəb olacaq. Çünki orada işləyənlərin Azərbaycana göndərdiyi vəsaitlərin əksər hissəsi müəyyən tikinti işlərinə sərf olunurdu. İndi bu sahədə müəyyən durğunluq olacaq. Azərbaycan hökuməti də yəqin ki, müəyyən addımlar atacaq. Orada yaşayan insanların həyat şəraitinin yaxşılaşması, qazanclarının normal olması üçün xaricdə yaşayanlar üzrə komitə müəyyən işlər görəcək. Ümumilikdə bu proses bütün dünyada gedir, ciddi siyasi təlatümlər baş verir, hər kəs də buna hazır olmalıdır”. 
Azərbaycandan göndərilən vəsaitlərin artmasının səbəbinə gəlincə, deputat qeyd etdi ki, bu, Rusiyadan idxal olunan malların artması ilə əlaqədardır: “Biz idxalı müəyyən qədər artırdığımız üçün göndərilən vəsaitlərin həcmi də artıb. Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr normal səviyyədə olduğu üçün iki ölkə arasında pul dövriyyəsi də olur. Ola bilər ki, müəyyən oliqarxlar var, vəsaitlərini Rusiyadakı banklarda saxlamağa üstünlük verirlər. Yəni, göndərilən vəsaitlərin strukturuna baxmaq lazımdır ki, hansı sahələrə yönəldilib”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam