Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Mərkəzi Bankdan banklara möhlət

 

Mərkəzi Bank “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na edilmiş dəyişikliklə ötən ilin dekabrında qəbul etdiyi sərt qərarıın icrasını 8 ay ertələyib. 

"Xeberinfo.com":   Məlumata görə, bu barədə sosial şəbəkədə yazan ekspert Samir Əliyev bildirib ki, dekabr ayında edilmiş dəyişikliyə görə, banklarda məcmu kapitalın adekvatlıq əmsalı hesablananda aidiyyəti şəxslərə verilmiş kreditlərin məcmu kapitaldan çıxılması tələb olunur: “Bu qayda iyunun 1-dən qüvvəyə minməli idi. Yəni banklar hər il aidiyyəti şəxslərə verilmiş kreditlərin məcmu kapitaldan çıxılmalı olan payını 20% artırılmalı idi. Ancaq Mərkəzi Bank güzəştə gedərək banklara əlavə 8 ay vaxt verdi və müddəti 01.02.2016-cı il tarixinədək uzatdı. 

Son dəyişiklik nəticəsində məcmu kapitalın və I dərəcəli kapitalın adekvatlıq əmsallarının hesablanması zamanı çıxılmalı olan aidiyyəti şəxslərə verilmiş kreditlərin payı 01.02.2017-ci ilədək 20%-ə, 01.06.2018-ci il tarixinədək 40%-ə, 01.06.2019-cu ilədək 60%-ə, 01.06.2020-ci ilədək 80%-ə, 01.06.2020-ci ildən sonra 100%-ə çatdırılacaq. Bu qayda ancaq 01.06.2015-ci il tarixinədək verilmiş kreditlərə şamil ediləcək. 01.06.2015-ci il tarixindən sonra aidiyyəti şəxslərə yeni verilmiş və ya restrukturizasiya olunmuş kreditlərin 100%-i adekvatlığın hesablamasında nəzərə alınacaq”. 

Onun sözlərinə görə, banka aidiyyəti olan şəxslərə - bankda mühüm iştirak payı olan şəxslər, bankın inzibatçıları, struktur bölmələrinin rəhbərləri, qərar qəbulu prosesində iştirak edənlər və onların yaxın qohumları daxildir: “Bu dəyişiklik nədən ibarətdir və bank sektoruna təsiri özünü nədə göstərəcək? Mərkəzi Bank fəaliyyət göstərən bankların kapitalına dair bir sıra normativlər müəyyənləşdirib. Həmin normativə əsasən, məcmu kapitalın adekvatlıq əmsalı 12 faizdən və I dərəcəli kapitalın adekvatlıq əmsalı isə 6 faizdən az olmamalıdır. Banklar leverec əmsalını 6 faizdən az olmayan səviyyədə saxlamalıdır. 

Müşahidələr göstərir ki, heç də bütün banklar bu tələblərinə yerinə yetirə bilmir. Devlavasiya zərbəsi nəticəsində bankların kapitalında ciddi problemlər yaranıb. Hətta 50 milyon manatlıq həddi keçməyə müvəffəq olmuş banklar yenidən kapital çatışmazlığı ilə üzləşiblər. Ötən il adekvatlıq əmsalı bank sistemində ortalama 19% olduğu halda bu il kəskin azalıb və normadan aşağı düşüb. Bu azmış kimi iyunun 1-dən sonra adekvatlıq hesablanan zamanı aidiyyatı şəxslərə verilmiş kreditlərin 100% nəzərə alınması adekvatlıq əmsalını daha da pisləşdirir. Çünki bank səhmdarları bir müddət 50 milyon manatlıq tələbi ödəmək üçün vəsaitlərini kapitala yönəltdilər və sonra həmin vəsaiti kredit şəklində geri alırdılar. Bu isə bankın maliyyə dayanıqlığına problem yaradır. 

Bundan sonra, yəni iyunun 1-i tarixindən etibarən aidiyyatı şəxslərin götürdükləri kreditlər kapital adekvatlığının hesablanması zamanı tam nəzərə alınacaq. Deməli, banklar kapitalın artırılmasında daha dayanıqlı vəsait cəlb etməyə vadar olacaq, kreditlərə isə təkcə aidiyyatı şəxslərə yox, həm də təsadüfi müştərilərə veriləcək. Prosesin 8 ay ertələnməsinə rəğmən məqsəd konsolidasiyaya xidmət edir və bankların manevr imkanını məhdudlaşdırır. Yəni Mərkəzi Bankın normativini yerinə yetirməyən banklar, xüsusən də kiçik banklar lisenziyanı itirmək təhlükəsi ilə üzləşə bilərlər. Bu isə onların bazarı tərk etməsi deməkdir. Deməli, bütün yollar bankların sayının azaldılmasına aparır. Əmanətlərin Sığortalanması Fondu yəqin ki bir nömrəli hazırlıq vəziyyətinə gətirilib. Elə əhalinin əsəbləri də son həddədir. Hazırda bütün gözlər Mərkəzi Banka baxır”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam