Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mart ayında 0,8% inflyasiya qeydə alınıb

 

Bu ilin mart ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,8%, qeyri-ərzaq mallarının qiymətləri 0,5%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb. 

"Xeberinfo.com":  “APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ay ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,9% bahalaşıb.
Ay ərzində toyuq əti, yumurta, göyərtinin qiymətlərində ucuzlaşma, buğda unu, düyü, qarabaşaq yarması, makaron məmulatları, mal və qoyun əti, kərə yağı, qarğıdalı və zeytun yağları, limon, portağal, naringi, banan, alma, armud, qoz, fındıq, şabalıd, kələm, xiyar, pomidor, kök, çuğundur, soğan, sarımsaq, kartof, spirtli içkilər, tütün məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub.
Mart ayında qeyri-ərzaq mallarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, mebel və ev əşyaları, məişət cihazları, kiçik elektrik cihazları, iri və kiçik alət və avadanlıqlar, minik avtomobili və minik avtomobilləri üçün ehtiyyat hissələri, zərgərlik məmulatlarının qiymətləri bahalaşıb.
Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələri üzrə hava və dəmiryolu sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam