Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türklər Rusiya qazını ötürməkdən imtina etdi

 

“Moskva bizi yalnız tranzit ölkə kimi görür. Bunun bizim üçün heç bir mənası yoxdur. Biz birgə ixrac sisteminin yaradılmasında maraqlıyıq”.

"Xeberinfo.com":   Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız “Qazprom” şirkəti ilə Rusiya qazını Ukraynadan yan keçməklə Avropaya çatdırmalı olan “Türk axını” layihəsinə dair danışıqları şərh edərkən belə deyib.

Virtualaz.org saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, T.Yıldız bu məsələyə dair razılaşmanın əldə olunduğunu bildirib. Amma əlavə edib ki, Rusiya bu məsələdə geriyə addım atıb.

Türkiyəli nazirin sözlərinə görə, “Türk axını” həm Moskvanın, həm də Ankaranın maraqlarına cavab verməlidir: “Biz maraqlarımıza təhdid yaradan güzəştlərə heç vaxt razı olmayacağıq”.

T.Yıldız əlavə edib ki, bu problem yalnız qaza görə güzəştlərin verilməsi ilə həll oluna bilməz.

“Türk axını”nın tikintisi barədə qərar 2014-cü ilin dekabrında bağlanmış “Cənub axını” layihəsi üzrə işlər dayanandan sonra qəbul olunub. Bu kəmərin illik ötürmə gücü 60 milyard kubmetr təşkil edəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam