Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda maşınların qiyməti qalxacaq

 

   "xeberinfo.com": Bu ilin aprelindən Azərbaycan ərazisində Avro-4 ekoloji normaları tətbiq ediləcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bildirilib ki, həmin gündən nəqliyyat vasitələrinin Azərbaycan ərazisinə idxalı bu formada həyata keçiriləcək. 

Artıq avtomobillərin buraxılış illəri və ölkələrə uyğun idxal cədvəli müəyyənləşdirilib. Avropa Ittifaqına daxil olan ölkələr - Almaniya, Böyük Britaniya, Belçika, Avstriya, Çexiya, Polşa, Hollandiya, Italiya və s. (2005-ci il); ABŞ (2004); Yaponiya (2011); Çin (2011); Koreya (2006); Türkiyə (2009).

İqtisadçı-ekspert Nemət Əliyev deyir ki, bu qərar avtomobillərin qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Ekspertin fikrincə, bu qərar Azərbaycanda avtomobil parkının yeniləndirilməsilə bağlıdır: “Köhnə avtomobilləri dövriyyədən bu cür çıxarırlar. Buna görə də xarici ölkələrdə istismar müddəti ötmüş avtomobillərin ölkəyə idxalına məhdudiyyətlər etməklə bunu reallaşdırmaq istəyirlər. Bu, özlüyündə yaxşı niyyətdir. Amma gərək vətəndaşlar da qoyulan tələblərə uyğun avtomobilləri almaq gücündə olmalıdır. 

Çünki istehsalı yeni olan avtmobillərin dəyəri də yüksək olur”.

Ekspert vurğulayır ki, həmin standartların tətbiqi ilk baxışda yaxşı niyyətdən xəbər versə də, əhalinin sosial vəziyyətinin ağırlaşmasına xidmət edir. Bu baxımdan hökumət qabaqlayıcı addımlar atmalı, maaşların artırılması, sosial proqramların reallaşdırılmasına başlamalıdır: 

“Amma bu da bir reallıqdır ki, ölkə daxilində yanacaqlar avrostandartlara cavab vermir. Bu baxımdan, sözügedən məsələyə birtərəfli yanaşmanın nəticəsi fəsadlı ola bilər. Ona görə də ilk növbədə ölkə daxilində avrostandartlara uyğun şərait yaradılmalıdır. Bu şərait formalaşandan sonra paralel şəkildə avrostandartların avtomobil idxalına tətbiqinə keçmək lazımdır”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam