Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Hökumət Avropa Oyunlarının büdcəsini ixtisar etdi

 

“Azərbaycan tarixdə ilk dəfə olaraq bu ilin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının keçirilməsinə təxminən 1 milyard avro vəsait xərcləməyi nəzərdə tutmuşdu.
"Xeberinfo.com":  Məlumata görə, bu möhtəşəm idman yarışının başlanmasına 100 gün qalmış isə təşkilatçılar xəbər veriblər ki, onlar neft böhranı ucbatından bəzi “maliyyə düzəlişləri” eləməli olacaqlar. İndi bu yarışa yalnız 975 milyon avro ayıra biləcəklər”. Virtualaz.org saytı xəbər verir ki, bu barədə SBNL nəşri məlumat yayıb.
“Biz məsrəf və xərcləri rasionallaşdırmalı idik. Ona görə də layihənin büdcəsində dəyişikliklər etmək lazım gəldi” – deyə I Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü Saymon Kleqq bildirib.
S.Kleqq əlavə edib ki, onların sərəncamında 975 milyon avro vəsait var.

Xəbərdə qeyd olunur ki, Avropa Oyunlarının açılış və bağlanış mərasimləri Bakıdakı Olimpiya stadionunda keçiriləcək. Bu stadion Münhendəki stadionunun oxşarıdır. Bu idman arenası 66 min tamaşaçı üçün nəzərdə tutulub.
“Bizim işlərimiz çoxdur. Amma mən əminəm ki, bu tədbir uğurla həyata keçiriləcək” – deyə S.Kleqq əlavə edib.
O da bildirilir ki, xüsusi olaraq Avropa Oyunları üçün 5 yeni idman qurğusu inşa olunub. Bakı iyunda təxminən 6000 nəfər idmançını qəbul etməyə hazırlaşır. Onlar idmanın 20 növü üzrə yarışacaqlar.
S.Kleqq Azərbaycan hökumətinin verdiyi sözün üstündə dayandığını və ciddi səylər göstərdiyini də xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan bu oyunları keçirmək hüququnu 2012-ci ildə əldə edib: “Azərbaycanın sərəncamında o qədər də çox vaxt yox idi. Amma mən əminəm ki, bu tədbir uğurla həyata keçiriləcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam