Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bakı 2015" üçün biletlərin qiyməti açıqlandı

 

Bakıda keçiriləcək Avropa Oyunlarının yarışlarına, açılış və bağlanış mərasimlərinə biletlərin qiyməti açıqlanıb.

"Xeberinfo.com":  Məlumata görə, biletlərin qiyməti yarışın mərhələsi, keçirilmə və tamaşaçı yerlərinin kateqoriyasından asılı olaraq 2 manatdan 5 manatadək dəyişəcək.

Bu barədə Avropa Oyunları Əməliyyat Komitəsinin press-relizində deyilir. Uşaqlar və 16 yaşadək yeniyetmələr yarışa pulsuz, lakin yaşlı adamın (yaşı 18-dən çox) müşayiəti ilə buraxılacaqlar. Həmin şəxsin üzərində şəxsiyyət vəsiqəsi və bilet olmalıdır.

Yeganə istisna Heydər Əliyev adına Arena və Milli Gimnastika Arenasındakı yarışlar üçün biletləri əhatə edəcək. Həmin yerlərdə yarışlara baxmaq istəyən, yaşı 16-ya çatmayan şəxslər 1 manat ödəməli olacaqlar.

Açılış mərasimində biletlərin qiyməti 20 manatdan, bağlanış mərasimində isə 10 manatdan başlayacaq. Biletlər 19-21 mart tarixlərində satışa çıxarılmalıdır.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam