Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Qarabağ"ın Çempionlar Liqasında -bütün potensial rəqibləri bilinib

"Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri bilinib

Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklardakı daha iki mümkün rəqibi bəlli olub.

Yenixeber.org: Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya və Sloveniya klubları ilə də görüşə bilər.

Albaniyanın çempionu olan "Tirana" və Sloveniyada qızıl medallara layiq görülən "Çelye"nin püşk zamanı səpələnməmişlərdən olacağı dəqiqləşib. Hər iki komanda "Qarabağ"a mövsümdə ilk rəqib ola bilər.

Beləliklə, "Qarabağ"ın ilk raundda artıq bütün potensial rəqibi bilinib. Bunlar "Fola" (Lüksemburq), "Yurqorden" (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnah” (Uels), “Klaksvik” (Farer adaları), “Europa” (Cəbəllütariq), "Çelye" (Sloveniya), “KuPS” (Finlandiya), “Reykyavik” (İslandiya), "Tirana" (Albaniya), “Sileks” (Şimali Makedoniya) və “Floriana”dır (Malta). Bir mümkün rəqib isə ilkin mərhələdən gələcək. “Linfild” (Şimali İrlandiya) və “Tre Fiore” (San-Marino) ilkin mərhələnin qalibi kimi səpələnməmişlərdən olmağa 4 iddiaçıdan biridir.

Qeyd edək ki, Çempionlar Liqasının I seçmə mərhələsinin püşkü avqustun 9-da atılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam