Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Qarabağ" "Sumqayıt"ı böyük hesabla məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun son oyunu keçirilib. 

Yenixeber.org: Autsayder "Sumqayıt" "Kapital Bank Arena"da son 5 mövsümün çempionu "Qarabağ"ı qəbul edib.

Görüşdən əvvəl hər iki komandanın ifasında Aprel döyüşlərinin üçüncü ildönümü münasibətilə tədbir təşkil olunub. Lakin görüş heç də dostcasına keçməyib. "Qarabağ" hər hissədə 3 top vuraraq 6:0 hesabı ilə qalib gəlib.

Hesabı 17-ci dəqiqədə Dani Kintana açıb. 20 və 40-cı dəqiqələrdə Mahir Mədətov fərqlənərək "dubl" edib.

Darmadağına 50-ci dəqiqədə Filip Ozobiç qoşulub. Oyunda son sözü isə 78 və 84-cü dəqiqələrdə Abdullah Zubirdeyib.

Bu qələbə sayəsində xallarını 48-ə çatdıran "Qarabağ" "Neftçi"nin liderliyinə şərik olub. "Sumqayıt" isə 17 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, turun digər görüşlərində "Səbail" səfərdə "Zirə"ni 2:1, "Neftçi" "Keşlə"ni 1:0 hesabı ilə məğlub edib. "Qəbələ" - "Sabah" matçında isə hesab açılmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam