Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Polo millimiz Avropa çempionatının finalına yüksəldi -FOTOLAR

 

Polo millimiz Avropa çempionatının finalına yüksəldi - FOTOLAR
İtaliyanın Siyene şəhərində davam edən Polo üzrə Avropa Çempionatında bu gün 4-cü turun oyunları keçirilib.
Yenixeber.org: Dövlət Sərhəd Xidmətindən  verilən xəbərə görə, çempionatın 4-cü turunda “A” qrupunun liderləri – Azərbaycan və İrlandiya milliləri görüşüblər. Bu qarşılaşmaya qədər hər iki komanda 3 qələbə qazanaraq turnir cədvəlinin 1-ci və 2-ci pillələrini bölüşürdülər. Hazırki Avropa çempionu olan İrlandiya komandası ilə gərgin mübarizə şəraitində keçən görüş bütün azarkeşlərə həyacan dolu dəqiqələr yaşadıb. Güclü iradə və yüksək peşəkarlıq nümayiş etdirən idmançılarımız rəqiblərini 5:3,5 hesabı ilə məğlub edərək Azərbaycan atçılıq idmanı tarixində ilk dəfə olaraq Avropa çempionatının finalına yüksəliblər.



Mübarizəni Avropa birinciliyinin bürünc medalları uğrunda davam etdirmək məcburiyyətində qalan İrlandiya yığması ilə qarşılaşmada idmançılarımızdan Elçin Camallı və Fabian Bolanterio xüsusilə fərqləniblər.



Xatırladaq ki, atçılıq idmanı tariximizə yeni səhifə yazan millimiz Avropa çempionatının əvvəlki turlarında Niderland komandasını 7:3, Fransa millisini 8:4, Slovakiya yığmasını isə 11:7 hesabı ilə məğlub etmişdir. Sabah çempionatın “B” qrupunun oyunları keçiriləcəkdir. Avstriya ilə Almaniya, İtaliya ilə İsveçrə komandaları qarşılaşacaqlar. Lakin bu oyunların nəticələrindən asılı olmayaraq İtaliya komandası artıq finalda, Almaniya komandası isə 3-cü yer uğrunda görüşdə iştirak etmək hüququ qazanıblar.



Polo üzrə Avropa Çempionatının 30 sentyabr tarixində keçiriləcək final oyununda Azərbaycan və İtaliya komandaları, 3-cü yer uğrunda oyunda isə İrlandiya və Almaniya yığmaları qarşılaşacaqlar.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam