Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İlham Əliyev birinci Avropa çempionatının qalibləri ilə görüşdü

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev polo idman növü üzrə Bakıda keçirilən birinci Avropa çempionatının qalibi olmuş Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb.


"Xeberinfo.com":   Məlumata görə, Dövlətimizin başçısı görüşdə çıxış etib.

Komandanın üzvü Elçin Camallı, Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev görüşdə çıxış edərək ölkəmizdə idmana, atçılığın və onun polo növünün inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür etdilər.

Sonra Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim olundu.

Dövlətimizin başçısı əldə edilmiş nailiyyətdə komandanın məşqçisinin xidmətlərini xüsusi qeyd etdi.

Polo üzrə milli komandamızın məşqçisi Silvester Qarros çıxış edərək ölkəmizdə idmanın inkişafı üçün görülən nəhəng işlərin nəticəsi olaraq Azərbaycan idmançılarının müxtəlif beynəlxalq yarışlarda, o cümlədən olimpiadalarda əldə etdiyi nailiyyətlərin dünya idman ictimaiyyətində yaratdığı təəssüratlardan danışdı.

Sonda xatirə şəkli çəkdirildi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam