Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Kəpəz" əsas heyətin bütün futbolçuları ilə yollarını ayırıb

 

 

Yenixeber.org: Futbol üzrə 2018/2019 mövsümündə I divizionda çıxış edəcək "Kəpəz" klubu əsas heyətin bütün futbolçuları ilə yollarını ayırıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, yeni mövsüm üçün Gəncə təmsilçisinin əsas komandası əvəzedici heyətin, U-17 və U-19 komandalarının üzvlərindən formalaşdırılacaq.

Bu gün hazırlığa start verən “sarı-göylər”in ilk məşqi Gəncə şəhər stadionunda baş tutub. Komandanın növbəti 3 gün ərzindəki məşqlər Şəmkir Olimpiya İdman Kompleksinin meydançasında olacaq. Hazırlıq prosesində 26 futbolçu iştirak edir. Məşqlərin ilk mərhələsi müəyyən qədər seleksiya xarakteri daşıdığından heyətdə sınaqdan keçirilən oyunçular da yer alıb.

"Kəpəz"in yeni baş məşqçisi Etibar İbrahimovun köməkçiləri də müəyyənləşib. 41 yaşlı mütəxəssisə Orxan Verdiyev və Tariyel Hüseynov yardım edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam