Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Kəpəz" - "Qarabağ" oyununda gərginlik - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turunun mərkəzi görüşü "Kəpəz"lə "Qarabağ" arasında baş tutub 

Xeberinfo.com:  Məlumata görə , Gəncə şəhər stadionunda keçirilən oyuna 20 mindən çox azarkeş gəlib.


Onların arasında uşaqlar və qadınlar da olub. Fəxri tribunadan isə matçı Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə "Kəpəz"in Müşahidə Şurasının sədri Elmir Vəliyev də izləyib.

Matç kifayət qədər maraqlı və gərgin alınıb. Hesabı 10-cu dəqiqədə Rəşad Sadıqov açıb. Zərbədən sonra yan xətt hakimi bayrağını qaldıraraq, oyundan kənar vəziyyət olduğunu iddia etsə də, baş hakim Ömər Paşayev qolu qeydə alıb.

"Kəpəz" bərabərlik qolunu 45-ci dəqiqədə vurub. Klubda icarə əsasında oynayan Namiq Ələsgərov müqavilə üzrə məxsus olduğu "Qarabağ"ı məyus edib. Amma o, qoluna sevinməyib.

68-ci dəqiqədə meydanda gərginlik yaranıb. Hava mübarizəsi zamanı "Kəpəz"in üzvü Julien Ebah dirsəklə Rəşad Sadıqovun başına zərbə endirib. Nəticədə Sadıqovun başından qan açılıb. İki komandanın futbolçuları arasında münaqişə hakimlərin müdaxiləsindən sonra aradan qalxıb. Amma Ebah üzr istəmək üçün Sadıqova tərəf yönəldikdə, kapitan ona emosional cavab qaytararaq, üzrxahlığı qəbul etməyib.

Oyunda son nöqtəni Əfran İsmayılov qoyub. Onun isə künc zərbəsindən qaldırdığı top birbaşa tora daxil olub.

Beləliklə, "Qarabağ" "Kəpəz"ə öz meydanında bu mövsüm ikinci dəfə məğlubiyyət acısı yaşadıb və 44 xalla liderliyini davam etdirib. 32 xalı olan "Kəpəz" isə ardıcıl 2 ev qələbəsindən sonra məğlub olaraq 3-cü pilləni əldən vermə təhlükəsi ilə üzləşib.






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam