Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Samir Əliyev:"Komanda qol buraxıbsa, bunda hamı günahkardır"

 

 

Bu mövsüm əsas məqsəd qapazaltı olmamaq idi

 "Çalışırdıq ki, "Neftçi”ni 3-cü zonada sıxaq. Bəzən alındı, bəzən yox. Komandamın oyunundan razı qaldım. Matçdan sonra futbolçulara təşəkkür etdim. Hələlik ustalıq səviyyəmiz buna imkan verir".

Yenixeber.org: Bunu "Səbail"in baş məşqçisi Samir Əliyev səfərdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

İlk və ikinci hissənin əvvəllərində komandanız zəif təsir bağışlayırdı...

- Buna hazır idik. Bizə lazım idi ki, ilk 15-20 dəqiqə də bu təzyiqə dözək. Ola bilsin, bu, komandanın həyəcanı ilə bağlıdır. Normaldır. Məğlub olmağımıza baxmayaraq, komandadan narazı qalmadım. 0:1-dən sonra da qol fürsətlərimiz var idi.

"Neftçi” ilə çempionatdakı ilk oyununuzda qalib gəlmişdiniz. Son iki matçda isə bu komandadan 6 qol buraxdınız. Bu müddətdə dəyişən nə olub?

- İkinci turda 1:0 hesabı ilə qalib gəlmişdik. Lakin 0:4 hesabı ilə məğlub olduğumuz oyunda bərbad oynamışdıq. "Neftçi” də həmin komanda deyil. Bu komanda son vaxtlar yüksəlişdədir.

Ayron Statinin protokolda adı yox idi. Bu, nə ilə əlaqədar idi?

- O, yığmadan yeni qayıdıb, yorğun idi. Ola bilsin, növbəti oyunda şans qazansın.

Çempionatda hansı komandanın oyununa baxıb, təsəlli tapırsınız ki, biz bunlardan daha yaxşıyıq?

- Heç bir komandaya. Öz oyunumuza baxır, oyunumuzu təkmilləşdirməyə çalışırıq. Klub rəhbərliyi də bilir ki, birdən-birə heç nə olmur. Pillə-pillə irəliləməyə çalışacağıq.

Komanda növbəti mövsümdə avrokubokları hədəfləyəcək?

- Növbəti mövsümdə rəhbərlik qarşımıza hansı hədəfi qoyacaq, bilmirəm. Lakin komandanı formalaşdırmağa başlayacağıq. Bu mövsüm əsas məqsəd "qapazaltı" olmamaq idi. Bunu da bacardıq.

Komandanın buraxdığı ikinci qol barədə nə deyə bilərsiniz?

- Buna qapıçılarla işləyən məşqçilər qərar verəcək. Komanda qol buraxıbsa, bunda hamı günahkardır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam