Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycan cüdoçusu Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb

 

Bu gün İsrailin Təl-Əviv şəhərində cüdo üzrə kişi və qadınlar arasında Avropa çempionatına start verilib

Yenixeber.org:  Birinci yarış günündə Azərbaycanın 9 cüdoçusu tatami üzərinə çıxıb. Onlardan 6 qadın idmançının hamısı elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Həmçinin, 60 kg çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli də startdaca uduzub. 

Əvəzində 66 kq çəki dərəcəsində yarışan Orxan Səfərovla Nicat Şıxəlizadə medallar uğrunda mübarizəni davam etdirirlər. Mübarizəyə 1/16 final mərhələsindən başlayan Səfərov ardıcıl olaraq, xorvatiyalı Bernard Azinoviç, israilli Barux Şmaylov və portuqaliyalı Joao Krisostomonu məğlub edərək, yarımfinala yüksəlib. Finala gedən yolda onun rəqibi sloveniyalı Adrian Qombok olacaq. 

Şıxəlizadə isə ilk 2 görüşündə moldovalı Denis Vyeru və ukraynalı Georgi Zantarayanı mübarizədən kənarlaşdırsa da, 1/4 finalda italiyalı Matteo Medvesə uduzub. Lakin o, mübarizəni bürünc medal uğrunda təsəlliverici görüşdə davam etdirəcək. Təcrübəli cüdoçunun rəqibi belaruslu Dmitri Şerşan olacaq. 

Qeyd edək ki, təsəlliverici, yarımfinal və final görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. 

Avropa çempionatı

Qadınlar

48 kq

1/16 final. Leyla Əliyeva - Marusa Stanqar (Sloveniya)

1/16 final. Bazarraqça Erdenebat - Dilara Lokmanhekim (Türkiyə)

52 kq

1/16 final. Gültac Məmmədəliyeva - İrem Korkmaz (Türkiyə)

1/16 final. Buyanxişiq Purevsuren - Madelene Rubinşteyn (Norveç)

57 kq

1/16 final. Ülviyyə Rəhimli - Anna Borovska (Polşa)

1/16 final. İnçxorlo Munxtsedev - Nora Qyakova (Kosovo)

Kişilər

60 kq

1/16 final. Vüqar Şirinli - Beslan Mudranov (Rusiya)

66 kq

Təsəlliverici görüş. Nicat Şıxəlizadə - Dmitri Şerşan (Belarus)

1/4 final. Nicat Şıxəlizadə - Matteo Medves (İtaliya)

1/8 final. Nicat Şıxəlizadə - Georgi Zantaraya (Ukrayna)

1/16 final. Nicat Şıxəlizadə - Denis Vyeru (Moldova)

1/2 final. Orxan Səfərov - Adrian Qombok (Sloveniya)

1/4 final. Orxan Səfərov - Joao Krisostomo (Portuqaliya)

1/8 final. Orxan Səfərov - Barux Şmaylov (İsrail)

1/16 final. Orxan Səfərov - Bernard Azinoviç (Xorvatiya)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam