Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar

Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar

 

Bu gün İsrailin Təl-Əviv şəhərində cüdo üzrə kişi və qadınlar arasında Avropa çempionatına start veriləcək 

Yenixeber.org:  Üç gün davam edəcək yarışa 44 ölkədən 368 cüdoçu (215 kişi, 153 qadın) qatılacaq. Azərbaycanı 9 kişi və 7 qadın olmaqla, 16 tatami ustası təmsil edəcək. 

İlk yarış günündə onlardan 9-u qüvvəsini sınayacaq. Cüdoçuların hamısı mübarizəyə 1/16 final mərhələsindən başlayacaqlar.

Kişilərdən 60 kq çəki dərəcəsindəki Vüqar Şirinli rusiyalı olimpiya və ikiqat Avropa çempionu Beslan Mudranovla, 66 kq çəkidəki Avropa və dünya çempionatlarının mükafatçısı Orxan Səfərov xorvatiyalı Bernard Azinoviçlə, Nicat Şıxəlizadə moldovalı Denis Vyeru ilə üz-üzə gələcək.

Qadınlardan 48 kq-da cüdoçu Əliyeva Leyla sloveniyalı Marusa Stanqarı, Bazarraqça Erdenebat türkiyəli Dilara Lokmanhekimi, 52 kq-da Buyanxişiq Purevsuren norveçli Madelene Rubinşteyni, Gültac Məmmədəliyeva türkiyəli İrem Korkmazı, 57 kq-da Ülviyyə Rəhimli polşalı Anna Borovskanı, İçinxorlo Munxtsedev kosovolu Nora Qyakovanı sınağa çəkəcək. 

Qeyd edək ki, Azərbaycan cüdoçuları ötənilki yarışı 2 qızıl, 3 bürünc medalla başa vurublar. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam