Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ÇL:"Roma" - "Barselona" və "Mançester Siti"- "Liverpul" matçlarının hakimləri açıqlanıb

 

 

Futbol üzrə Çempionlar Liqasının ¼ final mərhələsində "Roma" – "Barselona" və "Mançester Siti"- "Liverpul" komandaları arasında keçiriləcək cavab qarşılaşmalarını idarə edəcək hakimlərin adları açıqlanıb

 

Yenixeber.org: Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

"Roma" – "Barselona" matçını Kleman Türpenin rəhbərliyi ilə Fransadan olan hakimlər briqadası idarə edəcək. Onun köməkçiləri Nikolya Dano və Siril Qrinqor olacaq. Matçın dördüncü hakimi Hişam Zakrani, əlavə köməkçi hakimləri isə Rüddi Büke və Nikolya Renvidir.

"Mançester Siti" və "Liverpul" oyunu Antonio Mateu Laosun başçılığı ilə ispaniyalı hakimlər briqadasına həvalə olunub. Ona matç boyu Pau Sebrian Devis və Roberto del Palomar köməklik göstərəcək. Dördüncü hakim qismində isə Teodoro Sobrino təyin olunub. Hakimin əlavə köməkçiləri Karlos del Serro və Alexandro Ernandes olacaq.

Hər iki ¼ final görüşü aprelin 10-da keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam