Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Formula 1 ilə bağlı SON VƏZİYYƏT- Bulvar bağlanacaq

Formula 1 ilə bağlı SON VƏZİYYƏT

 

 

2018-ci il 27-29 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı işlər nəzərdə tutulmuş qrafikə uyğun davam edir

 

Yenixeber.org: Bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, bilet satışları gözlənildiyi kimi uğurla gedir və yarışmaya maraq əvvəlki illərdən daha yüksəkdir. N.Arpadarainin sözlərinə görə, tikinti işləri də qrafikə uyğun davam edir: "Çalışırıq ki, tikinti işləri ilə bağlı yollar bağlanmasın, insanlara narahatlıq yaradılmasın. Mart ayında bütün əsas tikinti işləri, o cümlədən tribunaların quraşdırılması başa çatdırılacaq, ümumilikdə isə tikinti işləri son günə qədər davam edəcək, çünki yarışma zamanı yollar bağlanır və bunun üçün də həmin vaxt müəyyən işlər görülməlidir".

Həmçinin N.Arpadarai yarış günləri dənizkənarı bulvarın bağlanacağını diqqətə çatdırıb.

Qeyd edək ki, ötən il də iyunun 23-25-dək Bakıda keçirilən Formula 1 yarışı ilə əlaqədar dənizkənarı bulvar bağlı olub. Belə ki, həmin zonaya giriş bileti olan insanlar üçün açıq olub.

Qeyd edək ki, 2018-ci ildə keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran-Prisi üçün bilet satışına 2017-ci il noyabrın 6-dan start verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam