Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Növbəti Formula-1 yarışlarının tarixi bəlli olub

 


Gələn il Bakıda keçirilməsi nəzərdə tutulan Formula-1 yarışlarının tarixi bəlli olub.

 

Xeberinfo.com:  Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

 

N.Arpadarai bildirib ki, yarışların builki kimi iyunun 18-də başlanması nəzərdə tutulur:

 

“2017-ci ildə Bakı Formula-1 yarışları ilkin təqvimə görə, 18 iyunda keçiriləcək. Amma bu hələ tam dəqiq deyil. Son təqvim bu ilin dekabrın əvvəli bəlli olacaq.  Çünki texniki və digər səbəblərdən yarışın başlama tarixi dəyiş də bilər”

 

 

Nigar Arpadarai söyləyib ki, növbəti il yarışların keçirilməsinə hazırlıq işlərində həm vaxt, həm də maliyyə baxımından qənaət olunacaq:

 

 “Beləki, bu il yarış üçün quraşdırılan bir sıra avadanlıqlar hələ sökülməyib, bir sıra avadanlıqlar isə hazır vəziyyətdə anbarlarda saxlanılır. Yəni bu dəfə bu avadanlıqların quraşdırılması üçün vaxt və maliyyə sərf edilməyəcək”.

 

O, yarışın keçirildiyi ərazidə yol tikintisi məsələsinə də aydınlıq gətirib.  Qeyd edib ki, yalnız yarış trekinə düşən Niyazi küçəsində qəmbər daşları üzərindən kəçilmiş aslaft örtüyü sökülüb, yarış trekinə düşən Gənclər meydanı 1 küçəsi ərazisində isə qəmbər daşları üzərinə çəkilmiş asfalt örtüyü hələ də qalmaqdadır:

 

 

“Yəni yarış üçün yalnız Niyazi küçəsində qəmbər daşlarının üzərinə yenidən asfalt örtüyü çəkiləcək”.

 

Qurum rəsmisi bildirib ki, ötən yay Formula-1-in Bakıya gəlişi “Odlar ölkəsində, sürət zirvəsində” devizi ilə baş tutdu və bu yarış devizə uyğun olaraq reallaşdı:

 

“Belə ki, Azərbaycanda ilk dəfə keçirilən Avropa Qran Prisi zamanı digər şəhər trekləri ilə müqayisədə Bakı şəhər halqasında ən yüksək sürət qeydə alındı”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam