Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

UEFA AFFA-ya 14,1 milyon avro ayıracaq

UEFA AFFA-ya 14,1 milyon avro ayıracaq

 

 

UEFA Avropada futbolun inkişafı üçün rekord məbləğdə qrant ayıracaq

 

Yenixeber.org: Bununla bağlı qərar UEFA-nın bu gün Slovakiyanın paytaxtı Bratislavada keçirilən 42-ci Konqresində qəbul olunub.

UEFA-nın 2020 - 2024-cü illərdə "HatTrick V" inkişaf layihəsi üçün 55 milli assosiasiyaya ümumilikdə 775,5 milyon avro ödəniləcək. Nəticədə hər bir assosiasiya, o cümlədən AFFA 4 il ərzindən 14,1 milyon avro alacaq.

Bu məbləğ 2016 - 2020-ci illəri əhatə edən və 600 milyon büdcəsi olan əvvəlki layihəni 30 faiz üstələyir.

Həmçinin, Konqresdə ispaniyalı Xuan Luis Larrea Sarobe bir il müddətinə UEFA İcraiyyə Komitəsinin üzvü, macarıstanlı Şandor Çanyi isə eyni müddətə FIFA-nın vitse-prezidenti seçilib.

Ş.Çanyinin təyinatı ilə əlaqədar UEFA-nın 2019-cu il Konqresinədək onu FIFA Şurasında Fernandu Qomeşin əvəzlməsi qərara alınıb.

Avropa Peşəkar Futbol Liqasının (EPFL) təmsilçisi Lars-Krister Olsson 2021-ci ilə qədər UEFA İcraiyyə Komitəsinin tamhüquqlu üzvü kimi təsdiqlənib.

Konqres UEFA prezidentinin, administrasiyasının və İcraiyyə Komitəsinin məruzələrini bəyənib, 2016/2017 mövsümünün maliyyə hesabatını öyrənib və 2018/2019 mövsümü üçün büdcəni təsdiq edib. Eləcə də UEFA Nizamnaməsinə təklif edilən düzəlişlər təqdir olunub.

UEFA İcraiyyə Komitəsinin növbəti iclası mayın 24-də Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. Qurumun növbəti Konqresi isə 2019-ci il fevralın 7-də İtaliyanın paytaxtı Romada olacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam