Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Qurban Qurbanov yumşaq biri kimi görünür, ancaq...”

“Qurban Qurbanov yumşaq biri kimi görünür, ancaq...”

 

İlin qalibləri” mükafatlandırma mərasimində "İlin legioner futbolçusu” nominasiyası üzrə "Qarabağ”ın hücumçusu Dino Ndlovu Azərbaycandakı karyerası ilə bağlı fikir və təəssüratlarını bildirib

 

Yenixeber.org: 

- İlk dəfə Çempionlar Liqasında iştirak etdiniz. Bu liqa karyeranıza nələr qatdı?

- Mənim üçün çox əla bir təcrübə idi. İlk təcrübəmdə dünyanın nəhəng komandalarına qarşı üz-üzə gəldim. Komanda olaraq "Roma”, "Çelsi” və "Atletiko” ilə gələcəyimizə ilk addımlarımızı atdıq. Bu liqada qazandığımız təcrübə ilə gələcəkdə daha böyük işlər görə bilərik.

- "Atletiko” ilə keçirilən matçda qırmızı vərəqə almışdınız. Bu qərarı haqlı hesab edirsinizmi?

- Oyundan sonra da vurğulamışdım ki, çox üzücü bir vəziyyət oldu. Doğrusu, bu qərarı gözləmirdim. Futbolçuyam, işim futbol oynamaqdır. Ancaq bütün azarkeşlər gördü ki, orada nəinki qırmızı vərəqə, heç penalti də yox idi.

- "Qarabağ”da xoşbəxtsinizmi?

- 100 faiz. Gördüyünüz kimi, burdayam. Komanda ilə məşqlərimi davam etdirirəm. Məncə, bu sualı komandanın rəhbərliyinə də vermək lazımdır (gülür). Transfer haqqında düşünmürəm.

- Baş məşqçinin sizdən nə kimi tələbləri olur?

- Qurban Qurbanov çox böyük ürəyi və möhkəm xarakteri olan bir insandır. O, hər şeyini komandaya verməyə çalışır və onun komanda üzərində böyük əməyi var. Üzdən bəlkə də çox yumşaq biri kimi görünür. Ancaq içində hər zaman uğur qazanmaq arzusu, əzmi yatır. Futbolçulardan 100 faizdən daha artıq performans tələb edir. Və onun belə tələbkar olması bu gün "Qarabağ”ın böyük uğurlara imza atmasına səbəb olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam