Redaktor seçimi
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Günün xəbəri

"Atletiko"nun prezidenti “Qarabağ”la qarşılaşmadan danışdı

"Atletiko"nun prezidenti “Qarabağ”la qarşılaşmadan danışdı

 

“Bizim üçün hər oyun vacibdir. “Qarabağ”la qarşılaşma isə hamısından çox”

 

Yenixeber.org: Bu sözləri “Atletiko”nun prezidenti Enrike Serezo deyib.

Madrid təmsilçisi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Qarabağ”ın qonağı olacaq. Qarşılaşma öncəsi "AS" nəşrinə danışan Serezo qələbədən başqa yollarının olmadığını bildirib.

70 yaşlı futbol funksioneri bununla növbəti mərhələ şanslarını artıracaqlarını düşünür: “Nəyin bahasına olursa-olsun, qələbə qazanmalıyıq. Əgər bunu bacarsaq, "pley-off" mərhələsinin qapıları üzümüzə açılacaq. Futbolda hər şey mümkündür. Ancaq bugünkü məqsədimiz qələbə, qələbə və yenə də qələbədir. “Roma” ilə oyunu əla keçirmişdik və mükəmməl qalibiyyət əldə edə bilərdik. Ardından “Çelsi” bizə qalib gəldi. İndi isə “Qarabağ”a qalib gəlmək məcburiyyətindəyik. Rəqib yaxşı komanda olsa da, mütləq şəkildə 3 xal əldə etməliyik”.

Qripə yoluxduğu üçün dünənki məşqi buraxan hücumçu Antuan Qrizmanla bağlı sualı cavablandıran Serezo fransalının matçda iştirak edib-etməyəcəyindən xəbərsizdir: “Qrizmanın oynayıb-oynamayacağını bilmirəm. Onu görməmişəm. Mənə dedilər ki, Antuanın hərarəti var. Ancaq meydana çıxa biləcəkmi, bunu bilmirəm”.

Səhər yerli universitetlərdən birində olduğunu deyən Serezo ardından “Qarabağ”ın liderləri ilə birlikdə Bakıdakı ispan restoranında yemək yediyini vurğulayıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Atletiko” görüşü saat 20:00-da başlayacaq. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam