Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Pedro Enrike:Rəqib çətin komanda idi.

 

“Məndən asılı deyil”

 

“Qarabağ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Sumqayıt”ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Yenixeber.org xəbər verir ki, oyunda komandasının 2-ci qolunu vuran Pedro Enrike matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

"Çempionat oyunundan fərqli idi. Qalib gəlməkdən başqa əlacımız yox idi. Rəqib çətin komanda idi. Bu qarşılaşma göstərdi ki, cavab görüşü çətin keçəcək".

- “Qarabağ”ın çətin qələbəsi sıx qrafiklə əlaqəlidir, yoxsa “Sumqayıt” bu gün yaxşı oynadı?

- Rəqibi sıradan komanda adlandırmaq istəməzdim. Çətin qələbə qazanmağımızda onların oyununu qeyd etmək istərdim. Yaxşı qapanmağı və əks-hücumları bacarırdılar. Küləyin də oyuna təsiri oldu.

- Matça ehtiyatda başlamağının səbəbi nə idi?

- Bu, baş məşqçiyə veriləcək sualdır. Bunu təbii qəbul edirəm. İki gün öncə meydana çıxmışdım. Belə rotasiyalar normaldır. Heyətimizdə yüksək səviyyəli futbolçular. Meydana çıxan futbolçu əlindən gələni edir.

- 2017-ci ili özün üçün necə hesab edirsən?

- Mövsümün yarısı başa çatır. Uğurlu il keçirdiyimi deyə bilərəm. PAOK-da da müntəzəm oynayırdım, qollar vururdum. Burda da son matçlarda qollar vururam. Çempionlar Liqasında çıxış etdim və təcrübə qazandım. Ümumi götürəndə uğurlu il oldu.

- Artıq Çempionlar Liqası ilə vidalaşdınız. Gələn il “Qarabağ”la Çempionlar Liqasında yenə də oynamaq istəyərdin?

 

- Təbii ki, bura gəlməyimdə Çempionlar Liqası faktoru rol oynadı. Tək bununla əlaqələndirmək də istməzədim. Müqavilə ilə PAOK-un futbolçusuyam. Mövsümün sonuna kimi “Qarabağ”da oynayacam. Yoldaşlıq oyunundan belə həzz almağa çalışıram. Əlbəttə, Çempionlar Liqasında böyük klublara qarşı oynamaq əla hissdir. Amma hər şey məndən asılı deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam