Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"Qarabağ"ın matçı zamanı stadionda müəmmalı hadisə?- FOTOLAR

"Qarabağ"ın matçı zamanı stadionda müəmmalı hadisə?

 

Qitənin ən nüfuzlu futbol turnirində debüt edən "Qarabağ"ın acınacaqlı məğlubiyyətlərə düçar olacağı püşkatmadan sonra bütün futbol azarkeşlərini ən çox qayğılandıran məsələ idi

 

Yenixeber.org: İlk Çempionlar Liqası matçımız dünyanın ən güclü klublarının "kabusu" olan "Stemford Bric"də "Çelsi"yə qarşı oldu. Debüt gözlənildiyi kimi böyük hesablı məğlubiyyətlə bitdi. Bəlkə də "Qarabağ" "Roma"ya qarşı oyunda dişini göstərmişdi və qitənin güclü komandalarına başağrısı ola biləcək səviyyədə olduğunu ortaya qoymuşdu. Deməzdim 3 gün öncə Messili "Barselona"nın güclə bərabərə qaldığı matçdakı "Atletiko Madrid"də arxayınçılıq var idi. Bu klub disiplininə görə dünyanın ən güclü komandası hesab edilir. Belə olmasaydı, illərdir "Atletiko"nun sükanı arxasında olan Simionenin futbolçuları son 3 ildə iki dəfə Çempionlar Liqasında final oynamazdı.

Amma dünən axşam meydanda başqa "Qarabağ" var idi!

Dünyanın bir çox məşhur idman dərgisinin "Qaçqın komandası" adlandırdığı "Qarabağ" dünən yalnız "madridlilər"ə qarşı mübarizə aparmadı, ikinci dəfə UEFA-nın müəmmalı hakim təyinatı matça damğasını vuran ən diqqətçəkən məqam oldu. Belə ki, matç ərzində oyunun ən fəallarından olan Ndlovuya qarşı cərimə meydançasındakı kobudluğu "penal"la dəyərləndirmək əvəzinə "Qarabağ"ın forvardını meydandan qovan fransalı referinin stadionda digər əlaltıları da peyda oldu.

W1 sektorunda jurnalistlər üçün ayrılan masalardakı manitorlarda hakimin "Atletiko Madrid"in qapısına təyin etməli olduğu on bir metrlik cərimə zərbəsi əvəzinə oyunun ən fəallarından olan "Qarabağ"ın 9 nömrəsini meydandan qovmasındakı qərəzi azarkeşlər açıq-aşkar təkrar kadrlardan gördü. Bu məqamda stadionu bürüyən uğultudan dəqiqələr keçməmiş UEFA-nın nümayəndəsi olduğu iddia edilən "cənab" monitorları cərəyandan ayırmağa başladı (Şərhçilərin qarşısındakı monitorlar istisna olmaqla).

Matçın əsas vaxtına əlavə olunmuş son saniyələrdə "Qarabağ"ın qapısına təyin edilən müəmmalı cərimə zərbəsinə isə başqa ad vermək olmaz!
Britaniya və İspaniyanın dünyaca məşhur qəzetləri 0:0 hesabla bitən matçdan sonra yalnız "köhlən artlar"ın qəhrəmanlığından bəhs etdilərsərusiyalı, türkiyəli futbol şərhçiləri fransalı hakimin oyunun nəticəsinə təsir edən "Qarabağ"a qarşı qərəzli qərarlarını müzakirə ediblər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam