Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Marca": "Qarabağ" Avropa nəhənglərinə belə xeyir verdi"

 

 

"Qarabağ" Avropa nəhənglərinə belə xeyir verdi"

 

Yenixeber.org: İspaniyanın nüfuzlu "Marca" nəşri "Atletiko"nun Avropa Liqasının 1/8 final mərhələsində Rusiya "Lokomotiv"ini üstələməsinə dair yazıya bu cür sərlövhə qoyub.

Məqalədə madridlilərin "dəmiryolçular"ını hər iki oyunda darmadağın edərək, 1/4 finala yüksəldiyi cavab görüşündən bəhs edilib. Hazırkı "Atletiko"nun Avroliqanın qalibi olmağa əsas namizəd olduğunu yazan nəşr klubu mərmidən də betər daşa bənzədib. Əvəzində digər böyük komandaların Çempionlar Liqasında belə güclü rəqiblə üz-üzə gəlməyəcəyi səbəbindən rahat nəfəs aldıqları vurğulanıb.

Dieqo Simeonenin baş məşqçi olduğu komanda Çempionlar Liqasının C qrupunda "Qarabağ"la qarşılaşmalardan heç-heçələrlə (Bakıda 0:0, Madriddə 1:1) ayrılıb və nəticədə 7 xalla 3-cü yeri tutaraq, mübarizəni qitənin ən nüfuzlu klub turnirində davam etdirə bilməyib. Əvəzində yoluna Avroliqada davam edən "Atletiko" 1/16 finalda Danimarka "Kopenhagen"ini (səfərdə 4:1, evdə 1:0), 1/8 finalda isə "Lokomotiv"i (evdə 3:0, səfərdə 5:1) üstələyib. 1/4 final mərhələsinin püşkü bu gün atılacaq.

C qrupunda ilk 2 yeri tutan komandalardan İtaliya "Roma"sı Çempionlar Liqasının 1/8 finalında Ukrayna "Şaxtyor"unu (səfərdə 1:2, evdə 1:0) rəqib meydanında vurduğu qol sayəsində keçib. İngiltərənin "Çelsi" klubu isə İspaniya "Barselona"sına iki oyunun yekununda (evdə 1:1, səfərdə 0:3) uduzaraq, mübarizəni dayandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam