Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Braziliya rüsvay oldu

 

Braziliyada keçirilən dünya çempionatı davam edir.

 

"Xeberinfo.com": Bu gecə yarımfinal mərhələsinə start verilib.

Mərhələnin ilk matçında Braziliya Almaniyanı sınağa çəkib. "Estadio Mineyro" stadionunda baş tutan oyun meydan sahibləri üçün rusvayçı hesabla başa çatıb. Belə ki, Almaniya Braziliyanı 7:1 hesabı ilə yenib. Toni Kroosla Andre Şkürrlenin dubl etdiyi matçda Tomas Müller, Miroslav Kloze və Sami Kedira hərəyə bir dəfə fərqlənib. Braziliyanın təsəlli qoluna isə Oskar imza atıb.

Qeyd edək ki, dünya çempionatının ən titullu komandası Braziliya indiyədək 11 dəfə yarımfinalda çıxış edib. 7 halda finala yüksələn "sambaçılar" 5 dəfə çempion olub. 4 dəfə yarımfinalda uduzan braziliyalılar 2 dəfə üçüncü yer uğrunda matçın qalibi olub. 24 ildi kuboka həsrət qalan Almaniya 13 dəfə yarımfinala vəsiqə qazanıb. 8-ci dəfə finala çıxan Berti Foqtsun həmyerliləri 3 dəfə qalib adını qazanıb. 5 dəfə yarımfinalda uduzan almanlar 4 halda üçüncü yeri tutub.

Onu da qeyd edək ki, yarımfinalın digər oyunu bu gecə Hollandiya və Argentina arasında keçiriləcək. Bu matçın qalibi finalda Almaniya, məğlubu isə 3-cü yer uğrunda oyunda Braziliya ilə qarşılaşacaq.

DÇ-2014
Yarımfinal
9 iyul

Braziliya - Almaniya 1:7
Qollar: Oskar, 90+1 - Tomas Müller, 11. Miroslav Kloze, 23. Toni Kroos, 25; 26. Sami Kedira, 29. Andre Şkürrle, 69; 79.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam