Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Bu axşam ilk yarımfinal oyunu keçiriləcək -Çempionlar Liqası

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə start veriləcək.

Yenixeber.org:  İlk oyun günündə Madridin iki təmsilçisi üz-üzə gələcək.

Çempionlar Liqasının son qalibi “Real” turnirin son finalçısı “Atletiko”nu qəbul edəcək. “Real” ÇL-də “Atletiko” üçün arzuolunmaz rəqibdir. Ötən mövsüm əsas və əlavə vaxtı heç-heçə nəticələnən həlledici görüşün penaltilər seriyasında “Atletiko” rəqibinə boyun əymişdi.

2013/2014 mövsümünün də finalında məhz bu iki komanda qarşılaşmışdı. Həmin vaxt görüşün əsas vaxtı 1:1 hesabı ilə nəticələnmiş, lakin əlavə 30 dəqiqədə “Real” rəqib qapısından daha 3 top keçirərək, turnirin qalibi adını qazanmışdı.

La Liqanın cari mövsümündə “Real” və “Atletiko” arasında keçirilmiş 2 görüşdən birində “kral klubu” qələbə qazanıb, digərində isə heç-heçə (1:1) qeydə alınıb.

Madridin hər iki təmsilçisi İspaniya çempionatının XXXV turunda qələbəyə sevinib. “Atletiko” səfərdə “Las Palmas”ın qapısından 5 cavabsız top keçirib, “Real” isə öz meydanında “Valensiya”nı 2:1 hesabı ilə üstələyib.

Çempionlar Liqası

Yarımfinal mərhələsi, ilk oyunlar

2 may

22:45. “Real” (Madrid, İspaniya) – “Atletiko” (Madrid, İspaniya)

Baş hakim: Martin Atkinson (İngiltərə)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam