Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Futbol üzrə Birlik Kuboku turniri Azərbaycanda keçirilə bilər" -Rusiya Futbol İttifaqının prezidenti

af457f4e-cb51-495a-8cad-d0d22eff5172_292

 

“Birlik Kubokunun Azərbaycanda keçirilmə variantı da var”

Xeberinfo.com:  Bu barədə Rusiya baş nazirinin müavini və Futbol İttifaqının prezidenti Vitali Mutko açıqlama verib.

O bildirib ki, turnirin təşkil ediləcəyi məkanlarla bağlı bir neçə variant var: “Mümkündür ki, Birlik Kubokunun yeni məkanı Soçidəki “Fişt” stadionu olsun. Habelə turnirin Azərbaycana keçirilmə variantı da mövcuddur. AFFA-dakı həmkarlarımızdan həm kommersiya, həm də təşkilati baxımdan çox maraqlı təklif almışıq. Hazırda Azərbaycanda futbola və ümumilikdə idmana maraq çox yüksək səviyyədədir”.
Birlik Kubokunun yenidən bərpası məsələsinin gündəlikdə olduğunu deyən V.Mutko bu yaxınlarda həmin ideyanı UEFA prezidenti Aleksandr Çeferinlə də müzakirə etdiklərini açıqlayıb: “Hazırda hadisələrin inkişafının bir neçə variantı var. Biz MDB ölkələrinin top-klublarının qatıldığı varianta qayıdır və manejlərdən təbii meydanlara çıxırıq. Turnirin yanvarda keçirildiyini nəzərə alaraq, cənuba üz tutmağımız lazımdır”.
Qeyd edək ki, ilk dəfə Birlik Kuboku 1993-cü ildə keçirilib. Turnirin ən titullu klubu 6 dəfə qalib olmuş Moskva “Spartak”ıdır. Ukraynanın “Dinamo” (Kiyev) komandası 4, Moldova “Şerif”i 2 dəfə kuboka sahib çıxıb. Azərbaycan təmsilçilərindən isə “Neftçi” (2006), “Xəzər Lənkəran” (2008) və “İnter” (2011) qalib olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam