Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İdmançılarımız Avropa çempionatında

 

Bu gün Fransanın Monpelye şəhərində cüdo üzrə Avropa çempionatına start götürəcək. 

 

"xeberinfo.com” Apasport.az saytına istinadən xəbər verir ki, yarışın ilk günündə 4 həmyerlimiz də mübarizəyə qoşulacaq.

 Kişilər

 60 kq

Bu çəkidə Azərbaycan 2 idmançı ilə təmsil olunur. İlqar Müşkiyev ilk döyüşünə 1/16 final mərhələsində başlayıb. Təmsilçimiz türkiyəli Ahmet Kaba ilə gücünü yoxlayıb və rəqibini mübarizədən kənarlaşdırıb.

O, 1/8 finalda çexiyalı David Pulkrabeklə güləşib. İlqar bu dəfə daha asan qələbə qazanıb. Cüdoçumuz 88 saniyəyə Pulkrabeki ippona salıb.

Müşkiyev yarımfinala gedən yolda Rusiyanı təmsil edən erməni əsilli Arsen Qalstyanı sınağa çəkəcək.

 Müşkiyev kimi Orxan Səfərov da yarışa ilk mərhələdən qoşulub. Dünya çempionatın bürünc medalçısı Belarusu təmsil edən erməni əsilli Vae Tutxalyanla üz-üzə gəlib. Gərgin keçən döyüş həmyerlimizin qələbəsi ilə başa çatıb. Səfərov rəqibinə ipponla qalib gəlib.

O, növbəti mərhələdə Artyom Arşanski (İsrail) ilə qarşılaşıb. Görüş Orxan üçün uğurlu alınıb və 61 saniyəyə mərhələ adlayıb.

Səfərov 1/4 finalda böyük britaniyalı Eşli Makkenzi ilə münasibətinə aydınlıq gətirəcək.

 66 kq

Əsas medal ümidlərimizdən olan Nicat Şıxəlizadə 1/16 final mərhələsindən azaddır. O, 1/8 finalda Dieqo Sesar (Portuqaliya) – Vadzim Şoka (Belarus) cütünün güclüsünü gözləyir.

 Qadınlar

 57 kq

Avropa çempionatının gümüş və bürünc mükafatçısı olan Kifayət Qasımova bu dəfə medalının əyarını yaxşılaşdırmaq arzusundadır. Monpelyedə çempionluğu hədəfləyən 31 yaşlı həmyerlimizin qızıl medala gedən yolda ilk rəqibi bolqarıstanlı İvelina İliyeva olacaq.

 Qeyd edək ki, yığmamız Fransaya 10 cüdoçu ilə yollanıb.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam