Redaktor seçimi
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Günün xəbəri

​”Mercedes”-in pilotu "Formula 1"-in qalibi oldu - FOTOLAR

 

formula 1

Bakıda keçirilən Formula-1 üzrə Avropa Qran Prisinə yekun vurulub.

Xeberinfo.com:  “Report”un məlumatına görə, Qran Prinin qalibi “Mercedes” komandasının pilotu Niko Rosber olub.

O, finişə hamıdan tez çatıb. 51 dövrənin sonunda “Ferrari”nin sürücüsü Sebastian Fettel ikinci ( ), “Force İndia”nın pilotu Serxio Peres isə üçüncü olub.
Ümumilikdə Bakı küçələrində 306.049 km məsafə qət edən pilotlardan Daniel Kvyat və Karlos Saynts (hər ikisi “Toro Rosso”), Paskal Verlyayn (“Manor”) və Fernando Alonso (“McLaren”) mübarizəni erkən dayandırıb.
Qalibləri ölkə Prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov mükafatlandırıb.

Avropa Qran Prisinin nəticəsi:

1. Niko Rosberq – “Mercedes”
2. Sebastian Fettel – “Ferrari”
3. Serxio Peres – “Force İndia”
4. Kimi Raykonnen – “Ferrari”
5. Lüis Hamilton – “Mercedes”
6. Valtteri Bottas – “Uilyams”
7.Daniel Rikkardo – “Red Bull Racing”
8. Maks Ferstappen – “Toro Rosso”
9. Niko Hülkenberq – “Force İndia”
10. Felipe Massa – “Uilyams”
11. Censon Batton – “McLaren”
12. Felipe Nasr – “Sauber”
13. Roman Qrojan – “Haas”
14. Kevin Maqnussen – “Renualt”
15. Kolion Palmer – “Renault”
16. Estabean Qutyerres – “Haas”
17. Markus Erikson – “Sauber”
18. Rio Haryanto – “Manor”
19. Fernando Alonso – “McLaren” – Mübarizəni dayandırıb
20. Paskal Verlyayn – “Manor”- Mübarizəni dayandırıb
21. Karlos Saynts – “Toro Rosso”- Mübarizəni dayandırıb
22. Daniel Kvyat – “Toro Rosso”- Mübarizəni dayandırıb
Bakıda mübarizə aparan pilotlar növbəti dəfə Avstriya Qran Prisində yarışacaqlar. Adı çəkilən yarış 1-3 iyulda keçiriləcək.
Qeyd edək ki, Formula 1 yarışı Bakıda ilk dəfə keçirilib. Pilotlar 6.003 km uzunluğu olan Bakı Şəhər Halqasında 51 dövrə vurub. Öncə isə pilotlar treki sınaqdan keçirib. Sərbəst yürüşlərdə Lüis Hamilton bütün rəqiblərini qabaqlayaraq ən yaxşı nəticə göstərib.

ilham formula

qalib

form formula 1n formula


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam