Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək
Bu gün “Formula 1” üzrə Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək
Yenixeber.org: Bakıdakı mübarizə mövsümün dördüncü yarışı olacaq.
Avtoidman həvəskarları Avstraliya, Bəhreyn və Çindən sonra diqqətlərini Odlar Yurduna yönəldəcəklər. Əvvəlki yarışdan ilk ikisində “Ferrari”nin almaniyalı pilotu Sebastyan Fettel qalib olub. Şanxayda isə ötən il Bakıda birinci yeri tutan “Red Bull”un sürücüsü Daniel Rikkardo rəqiblərini qabaqlayıb.
Hazırda yarışa liderlik edən Fettel “Formula 1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda da birinci olub. O, həmçinin üçüncü sərbəst yürüşdə də rəqiblərini qabaqlayıb. İlk sərbəst yürüşdə “Mercedes”in pilotu Valtteri Bottas, ikincisində isə “Red Bull”un sürücüsü Daniel Rikkardo ən yaxşı nəticəni göstərib.
Bu gün saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:00 - 15:25-da açılış mərasimi olacaq. Azərbaycan Respublikasının Dövlət himni 15:56-da səsləndiriləcək. Saat 16:10-da isə “Formula 1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək. Yarışın start düzülüşü aşağıdakı kimi olacaq:
1. Sebastyan Fettel (Ferrari)
2. Lüis Hemilton (Mercedes)
3. Valtteri Bottas (Mercedes)
4. Daniel Rikkardo (Red Bull)
5. Maks Ferstappen (Red Bull)
6. Kimi Raykkonen (Ferrari)
7. Esteban Okon (Force İndia)
8. Serxio Peres (Force İndia)
9. Karlos Sayns (Renault)
10. Lens Stroll (Williams)
11. Sergey Sirotkin (Williams)
12. Fernando Alonso (McLaren)
13. Şarl Lekler (Sauber)
14. Niko Hülkenberq (Renault)
15. Kevin Maqnussen (Haas)
16. Stoffel Vandorn (McLaren)
17. Pyer Qasli (Toro Rosso)
18. Markus Eriksson (Sauber)
19. Brendon Hartli (Toro Rosso)
20. Romen Qrojan (Haas)
Ümumiyyətlə, mövsüm 21 Qran Pridən ibarətdir:
Tarix | Qran Pri | Trek | Uzunluq (metr) | Dövrə |
23 – 25 mart | Avstraliya | Albert-Park | 5303 | 58 |
6 – 8 aprel | Bəhreyn | Sahir | 5412 | 57 |
12 – 15 aprel | Çin | Şanxay | 5451 | 56 |
27 – 29 aprel | Azərbaycan | Bakı | 6003 | 51 |
11 – 13 may | İspaniya | Barselona | 4655 | 66 |
25 – 27 may | Monako | Monte-Karlo | 3337 | 78 |
8 – 10 iyun | Kanada | Monreal | 4361 | 70 |
22 – 24 iyun | Fransa | Le-Kastelle | 5842 | 53 |
29 iyun – 1 iyul | Avstriya | Şpilberq | 4318 | 71 |
6 – 8 iyul | Böyük Britaniya | Silverstoun | 5891 | 52 |
20 – 22 iyul | Almaniya | Hokkenhaym | 4574 | 67 |
27 – 29 iyul | Macarıstan | Hunqarorinq | 4381 | 70 |
24 – 26 avqust | Belçika | Spa | 7004 | 44 |
31 avq. – 2 sent. | İtaliya | Montsa | 5793 | 53 |
14 – 16 sentyabr | Sinqapur | Marina-Bey | 5065 | 61 |
28 – 30 sentyabr | Rusiya | Soçi | 5848 | 52 |
5 – 7 oktyabr | Yaponiya | Suzuka | 5807 | 53 |
19 – 21 oktyabr | ABŞ | Ostin | 5513 | 56 |
26 – 28 oktyabr | Meksika | Mexiko | 4304 | 71 |
9 – 11 noyabr | Braziliya | San-Paulu | 4309 | 71 |
23 – 25 noyabr | Abu-Dabi | Yas-Marina | 5554 | 55 |
Pilotların sıralamasında ilk pillədə Sebastyan Fettel qərarlaşıb. Onun hesabında 54 xal var. “Üçlüy"ü “Mercedes”in pilotları qapayırlar. Ötənilki dünya çempionatının qalibi Lüis Hemilton 45 xalla ikincidir. O, komanda yoldaşı Valtteri Bottası 5 xal qabaqlayır. 2017-ci il Azərbaycan Qran Prisinin qalibi Daniel Rikkardo isə 37 xalla 4-cü sıradadır.Ümumilikdə, 6 pilot Bakıya hesabında xal olmadan gəlib.
Yer | Pilot | Komanda | Nömrə |