Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Formula 1 Azərbaycan Qran-Prisinə start verildi

 

Bu gün  Formula-1 üzrə dünya çempionatının yeddinci mərhələsinə - Azərbaycan Qran-Prisinə start verilib.

 

Yenixeber.org:   Əvvəlcə Azadlıq meydanında möhtəşəm açılış mərasimi keçirilib.

 

Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qran-Priyə baxıblar. Karnaval üslubunda hazırlanan açılış mərasimində Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və xalqımızın əsrlərdir qoruyub saxladığı simvollar nümayiş etdirilib. Azərbaycan Respublikasının dövlət himninin ifasından sonra Formula-1 Azərbaycan Qran-Prisinə start verilib.

 

 

Formula-1 Azərbaycan Qran-Prisində on komanda mübarizə aparır. Hər komanda iki pilotla təmsil olunur. Ötən gün keçirilən sıralanma turundan sonra Qran-Prinin start düzülüşü aşağıdakı kimidir: Luis Hamilton, Valtteri Bottas (hər ikisi “Mercedes”), Kimi Raykkonen, Sebastian Fettel (hər ikisi “Ferrari”), Maks Ferstappen (“Red Bull Racing”), Serxio Peres, Esteban Okon (hər ikisi “Force India”), Lans Stroll, Felipe Massa (“Williams”), Daniel Rikkiardo (“Red Bull Racing”), Daniil Kvayt (“Toro Rosso”), Kevin Maqnussen (“Haas”), Niko Hulkenberq (“Renault”), Paskal Verlayn (“Sauber”), Karlos Sains (“Toro Rosso”), Romen Qrojan (“Haas”), Markus Eriksson (“Sauber”), Stoffel Vandorn (“McLaren”), Fernando Alonso (“McLaren”) və Colion Palmer (“Renault”).

 

 

İl ərzində keçirilən yeddi Qran-Prinin üçündə (Avstraliya, Bəhreyn, Monako) qalib gələn "Ferrari"nin almaniyalı pilotu Sebastian Vettelin 141 xalı var. Yeddinci - Kanada Qran-Prisində aktivinə 25 xal əlavə edən Luis Hamilton liderlə aradakı fərqi bir qədər azaldıb. O, bu qələbədən sonra xal ehtiyatını 129-a çatdırıb. Britaniyalı pilot Çin, İspaniya və Kanada Qran-Prilərində fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Onun komanda yoldaşı, Rusiya Qran-Prisinin qalibi Valtteri Bottas isə 93 xalla üçüncü sırada yer alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam